SON XƏBƏRLƏR

Urmuda tarixi abidələr dağıdılır

2022.06.10, 08:05
Urmuda tarixi abidələr dağıdılır

Gunaz.tv

Məlumata görə, Mədəni İrs, Turizm və Əl İşləri İdarəsi abidənin qorunması ilə bağlı tədbir görmür.

Fəallar bildirib ki, bu günə kimi tarixi tikilinin evin sahibi Əmir Mərzbanın şəxsi vəsaiti hesabına onu qoruyub saxlanılıb.

Buna baxmayaraq, tarixi məkanın yanında qanunsuz tikinti işlərinin aparılması evi dağılmaq təhlükəsi ilə üz-üzə qoyub.

Bundan öncə 2019-cu ildə Mədəni İrs, Turizm və Əl İşləri İdarəsinin başçısı Cəlil Cabbari müraciətlərdən sonra adı “Bədirli” evində olub və onun yenidən qurulacağına dair söz verib.

Hazırda evin uçma təhlükəsinin ciddi olmasına, ətrafında qaydasız tikinti işlərinin aparılmasına baxmayaraq idarə başçısı vədini yerinə yetirmədiyini mərkəzdən büdcə ayrılmaması ilə əlaqələndirir.

Bundan öncə Mədəni İrs, Turizm və Əl İşləri Təşkilatının başçısı Cəlil Cabbari hal-hazırda Qərbi Azərbaycan əyalətində 30 abidənin təcili təmir və yenidənqurmaya ehtiyacı olduğunu bildirmişdi və Bədirli evinində adı həmin siyahıda yer alır. 

 

content_image_1654846501.jpg

content_image_1654846513.jpg

content_image_1654846488.jpg

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar