SON XƏBƏRLƏR

Urmulu fəal Səba Paşazadə qeyri-müəyyən vəziyyətdə saxlanılır

2022.11.08, 06:08
Urmulu fəal Səba Paşazadə qeyri-müəyyən vəziyyətdə saxlanılır

Gunaz.tv

Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərində keçirilən etiraz aksiyasında həbs edilən öyrənci hərəkatı fəalı Səba Paşazadə qeyri-müəyyən vəziyyətdə saxlanılır.

Səba Paşazadənin ailəsinin onun durumu və ittihamı ilə bağlı məhkəmə, təhlükəsizlik və zindan məsullarına müraciətləri cavabsız qalıb.

Gənc fəalın ailəsi ilə görüşü və telefon danışığına icazə verilmədiyi üçün yaxınlarının onun sağlıq durumu barədə narahatlıqları artıb.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar