SON XƏBƏRLƏR

Urmulu müəllim İranın təhsil nazirini məhkəməyə verir-VİDEO

2022.02.17, 10:32
Urmulu müəllim İranın təhsil nazirini məhkəməyə verir-VİDEO

Gunaz.tv

Müəllim naziri yalan vədlər verməkdə günahlandırıb.

Azərbaycanlı müəllim videomüraciət yayaraq nazirə qarşı “müəllimləri aldatmaq niyyəti ilə yalan danışmaq” ittihamına görə cinayət işinin açılmasını istəyib.

O, məmurların və məsul şəxslərin rütbələndirmə və uyğunlaşdırma planlarının həyata keçirilməsi ilə bağlı yerinə yetirilməyən vədlərini təhsil işçilərinə qarşı dələduzluq adlandırıb.

“Təhsil naziri Yusif Nurinin oktyabr-noyabr ayları üçün əlavə iş saatlarına görə ödənişlərin yerinə yetirildiyi barədə iddiası tamamilə yalandır.

O, bu vasitə ilə müəllimləri artıq haqq istəməkdə ittiham etdiyi üçün bu təhsil işçilərinin motivasiyalarını itirmələrinə səbəb olub”-deyə, azərbaycanlı müəllim Kərim Bostançı bildirib. 

 

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar