SON XƏBƏRLƏR

Urmulu media fəallının ailəsi ilə görüş və telefon danışığına icazə verilmir

2022.11.06, 08:22
Urmulu media fəallının ailəsi ilə görüş və telefon danışığına icazə verilmir

Gunaz.tv

Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərinin zindanında saxlanılan tanınmış media fəalı Siyavuş Süleymanipurun ailəsi ilə görüşü və telefon danışığına icazə verilmir.

Media fəalının ailəsinin onun girov qarşılığında müvəqqəti azadlığa buraxılması üçün Ümumi və İnqilab Məhkəməsinə müraciətləri cavabsız qalıb.

Qeyd edək ki, o, oktyabrın 1-də Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərində İran Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb.

Azərbaycan Mədəniyyət Ocağı Assosiasiyasının rəhbəri, "Çiçhest News" saytının məsul meneceri və lisenziya sahibi olan mühəndis Süleymanipur bundan öncə də bir neçə dəfə  mədəni fəaliyyətinə görə çağırılıb, təhdid edilib və saxlanılıb.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar