SON XƏBƏRLƏR

"Bahalıq insanları bezdirib"-Urmulu millət vəkili hakimiyyəti sərt tənqid etdi

2023.02.22, 13:03
"Bahalıq insanları bezdirib"-Urmulu millət vəkili hakimiyyəti sərt tənqid etdi

Gunaz.tv

O, prezident İbrahim Rəisiyə xitabən deyib ki, ölkədə təbəqələr arasında sosial güzaran fərqi çoxalıb və inflyasiya, bahalıq və məişət problemləri insanları bezdirib.

Millət vəkili xalq düşmənlərinin hakimiyyət daxilində korrupsioner məmurlar içində axtarılmalı olduğunu söyləyib.

İbrahim Rəisiyə müraciət edən Ruhllah Həzrətpur əmək haqları və pensiyaları aşağı olması barədə ona sual ünvanlayıb. 

"Ölkədə yoxsulluq səviyyəsi 18 milyon tümən təyin edildiyi bir vaxtda hakimiyyət nəyə görə 10 milyon tümən gəliri olan işçi və təqaüdçülərin əmək haqlarının yetərli artırılmasını nəzərdən keçirmir və 20% artımla xalqa minnət qoyur",- urmulu millət vəkili qeyd edib.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar