SON XƏBƏRLƏR

Urmulu milli fəal Əkbər Sadiqi bəraət alıb

2021.10.20, 07:36
Urmulu milli fəal Əkbər Sadiqi bəraət alıb

Gunaz.tv

Bu barədə Urmu şəhərinin İnqilab Məhkəməsinin 2-ci bölməsi qərar çıxarıb.

Urmunun İnqilab Məhkəməsinin 2-ci bölməsinin Cinayət Prosessual Məcəlləsinin 380-ci maddəsinin 2-ci qeydinə əsasən çıxardığı qərarla Əkbər Sadiqiyə qarşı “sistemə qarşı müxalif qrupların xeyrinə təbliğat aparmaq” ittihamı ləğv olunub.

Bu barədə milli fəala şifahi şəkildə bildirilib.

2020-ci il 10 avqust tarixindəkəşfiyyat və təhlükəsizlik polisi məhkəmə qərarı ilə Əkbər Sadıqinin atası evinə çağırış vərəqəsi göndərərək avqustun 9-da saat 8:30-da milli fəalın polis dairəsinə getməsini istəmişdi.

Çağırılan saatda Urmu şəhərinin kəşfiyyat və təhlükəsizlik polisinin "9 Pillə" saxlama mərkəzi binasında hazır olan Əkbər Sadıqi avqustun 10-da 50 milyon tümənlik girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azadlığa buraxılmışdı.  

C.E 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar