SON XƏBƏRLƏR

Urmulu milli fəal Rza Etibarirad işgəncə edilib

2022.10.23, 06:51
Urmulu milli fəal Rza Etibarirad işgəncə edilib

Gunaz.tv

O, bədəninin müxtəlif nahiyələrindən xəsarət alıb, qolu sındırılıb və 700 milyon tümənlik girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıb.

Oktyabrın 20-də İran İnsan Haqları Təşkilatı yaydığı bəyanatda etiraz aksiyalarında saxlanılanlara müxtəlif işgəncələr verildiyini bildirib.

Təşkilatın başçısı Mahmud Əmiri Müqəddəm İran hökumətinin məmurları tərəfindən saxlanılan və barələrində məlumat verilməyən şəxslərin işgəncə edildiyi, bir sırasının işgəncə nəticəsində öldürüldüyündən narahat olduqlarını deyib.

O, beynəlxalq insan haqları təşkilatları və dünya ictimaiyyətinə müraciət edərək, həbsdə olan etirazçıların taleyinin müəyyənləşdirilməsi və azadlığa buraxılmaları üçün Tehran hökumətinə təzyiq göstərməyə çağırıb.

Timur  

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar