SON XƏBƏRLƏR

Polisin yazdığı cərimələr narazılıq yaratdı: Urmunun millət vəkili naziri ittiham etdi

2021.12.16, 10:58
Polisin yazdığı cərimələr narazılıq yaratdı: Urmunun millət vəkili naziri ittiham etdi

Gunaz.tv

Seyid Salman Zakir İran Daxili İşlər Nazirliyini yersiz və olduqca yüksək cərimələr tətbiq etməkdə və şəhəri yoxsulların hesabına idarə etməkdə ittiham edib.  

“Vətəndaş ailəsini dolandırmaq üçün çalışmalıdır, yoxsa sizin tətbiq etdiyini yersiz cərimələri ödəmək üçün?”-deyə, Salman Zakir tətbiq edilən cərimə və rüsumların aztəminatlı vətəndaşları müflis etdiyini bildirib. 

Nümayəndə bununla yanaşı nazirliyin Şəhər Şuraları üzvlərinə keçirilən toplantılata görə ödəniş etdiyi halda Kənd Şuraları üzvlərinə heç bir ödəniş edilmədiyini ədalətsizlik adlandırıb. 

O, son vaxtlar davam edən müəllimlərin və təhsil işçilərinin etiraz aksiyalarına toxunaraq, müəllimlərin keçmiş hörmətinin geri qaytarılması və hüquqlarının təmin olunması üçün ciddi tədbirlər görülməli olduğunu deyib. 

Seyid Salman Zakir koronavirus məhdudiyyətləri zamanı tətbiq edilən cərimələrin aztəminatlı əhalini dahada ağır duruma saldığını vurğulayıb.

Millət vəkili Daxili İşlər Nazirliyindən cərimələrin bağışlanmasını və ya azaldılmasını tələb edib. 

C.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar