SON XƏBƏRLƏR

Urmunun millət vəkili: “İran yalnız bir xalqdan ibarət deyil”

2021.12.10, 10:46
Urmunun millət vəkili: “İran yalnız bir xalqdan ibarət deyil”

Gunaz.tv

“İran yalnız bir xalq və tayfadan ibarət deyil. Ölkə müxtəlif xalqlar və dinlər təşkil tapıb və bunların hamısına hörmətlə yanaşılmalıdır”-deyə, Salman Zakir ana dilində təhsilə qarşı çıxanlara xəbərdarlıq edib. 

“Konstitusiyanın 15-ci maddəsi buna icazə verdiyi halda bir sıra şəxslər onun icrasından qorxurlar. Ən azından öz dilimizin özümüzə öyrədilməsinə imkan verin”-deyən, millət vəkili Tehranın İran parlamentindəki nümayəndəsi Əhməd Nadiri başda olmaqla qeyri-fars dillərin tədrisini ölkənin milli təhlükəsizliyinə qarşı addım hesab edənlərə səslənib. 
 
Nadir Əhmədinin qeyri-fars dillərin tədrisi ilə bağlı bəyanatı çıxışı bir neçə azərbaycanlı nümayəndənin və sosial media istifadəçilərinin kəskin reaksiyası ilə qarşılaşıb. 

“O, ətraflı araşdırma aparmadan və heç bir əsas göstərmədən layihənin icrasını milli təhlükəsizliyə qarşı hərəkət adlandırıb. Əhmədi konstitusiyaya qarşı belə ağır ittiham irəli sürməsinə görə cavab verməlidir”-deyə,Təbrizin nümayəndəsi Məhəmmədhüseyn Fərhəngi Tehran nümayəndəsini tənqid edib. 

Qeyd edək ki,Tehranın İran parlamentindəki nümayəndəsi və parlamentin Təhsil, Tədqiqat və Texnologiya Komissiyasının sədr müavini Əhməd Nadiri qeyri-fars dillərin tədris təklifinə qarşı çıxıb.

Ə. Nadiri qeyri-fars dillərdə tədrisin təhlükəli və ölkənin ərazi bütövlüyünə qarşı olduğunu deyib. 

C.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar