Robert Mobili: "Erməni vandalizmini Xudavəngdə, Ağoğlanda, hər yerdə gördük"

2021-04-07 15:49

“Bu, işğaldan azad edilmiş torpaqlara ilk səfərim deyil, dörd səfərim olub. Bu gün dini konfessiya rəhbərləri birinci dəfə Ağdama səfər edirlər. 

Gunaz.tv Quote | Gunaz article

Şeyxə təşəkkür edirəm ki, işğaldan azad olunmuş Qarabağa, Ağdama gəldik. Qarabağda olan dini abidələrin ermənilər tərəfindən saxtalaşdırılması, İslamla bağlı tarixi abidələrin məhv edilməsi dəhşətlidir”.

Bunu Alban-Udin Xristian İcmasının sədri Robert Mobili bildirib.


O deyib ki, özlərini erməni kilsəsinin nümayəndəsi kimi dünyaya göstərən bir xalq hətta alban xristian irsini məhv edib: “O kilsələri, məbədləri saxtalaşdırıblar. Erməni vandalizmini Xudavəngdə, Ağoğlanda, hər yerdə gördük. 

Bu gün Ağdamda gördüklərimiz buna bariz nümunə idi. Hər dəfə gələndə biz şəhidlərimizi yad edirik, bu gün də bütün dualar ondan ibarətdir. Allah burada etdiyimiz duaları, namazı qəbul eləsin. Qarabağ bizim üçün doğmadır. Ermənilər müharibəni uduzublar. Azərbaycan Ordusu torpaqları işğaldan azad edib. 

Amma soyuq müharibə gedir, bunu da bilməliyik. Bu gün də soyuq müharibədə erməni qarşısında yenə də mübarizədəyik. Ermənilərə bir mesaj vermək istəyirəm, guya xristianlar ermənilərlə bir yerdə yaşaya bilməzlər, biz xristianlar azərbaycanlılarla bir yerdə yaşayırıq. Bu gün yəhudilər, xristianlar və başqa dini konfessiyalar bir yerdədir. Azərbaycan gözəl məkandır. 

Torpaqlar 44 gün ərzində işğaldan azad olundu. Buraları minadan təmizləməyə nə qədər vaxt lazımdır. Ümid edirəm dualarımız eşidiləcək. Bu torpaqlarda bayramlar, tədbirlər keçirək, dini ibadətlər edək. Azərbaycan xalqı tolerant xalqdır, burada multikultural şərait var, bugünkü səfər də bunun bariz nümunəsidir”. (apa)

Ayxan Turan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Ukraynalı deputatlar prezidenti Rusiya ilə əlaqələri kəsməyə çağırıblar

2021-04-19

gun az article

Gürcüstan hakimiyyəti və müxalifəti arasında razılaşma imzalandı

2021-04-19

gun az article

Tehranda mebel sexində yanğın: 6 ölü, 3 yaralı

2021-04-19

gun az article

Gürcüstan DTX: Azərbaycanla münasibətlərə qəsdən zərər vurmaq cəhdləri olub

2021-04-19

gun az article

Azərbaycanlı deputat AŞPA-da çıxışı zamanı Xankəndidə, Ağdərədə yaşayan ermənilərə səslənib

2021-04-19

gun az article

Ağdamın İsmayılbəyli kəndi - VİDEO

2021-04-19

gun az article

Rusiya ordusu Artikada təlimlərə başlayıb

2021-04-19

gun az article

Mayın 9-dan 16-dək ölkə ərazisində ictimai nəqliyyat işləməyəcək

2021-04-19

gun az article

Ramazan bayramı ilə əlaqədar iş günlərinə və karantin rejiminə dəyişiklik edilib

2021-04-19

gun az article

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlandı

2021-04-19

gun az article

Azay Quliyev beynəlxalq missiyasının rəhbəri vəzifəsinə təyin olundu

2021-04-19

gun az article

Şuşada elektrik xətlərinin çəkilməsi və yarımstansiyanın tikintisi yekunlaşıb

2021-04-19

gun az article

Azərbaycanda koronavirusa yoluxma sayı azaldı-SON STATİSTİKA

2021-04-19

gun az article

Aydın Məmmədovla Dilarə Əliyevanın həlak olmasından 30 il ötür

2021-04-19

gun az article

Çadda etnik qarşıdurma - Ölənlərin sayı 100-ə çatıb

2021-04-19

gun az article

Epidemioloq: "COVID-ə qarşı peyvənd olunanların sayı nə qədər çox olarsa, xəstəliyin səviyyəsi o qədər enməyə başlayar"

2021-04-19

gun az article

ABŞ-ın investisiya bankı Avropa Super Liqasına 6 milyard dollar ayıracaq

2021-04-19

gun az article

Bakıda parkda abadlıq işlərinə 5 milyon manat ayrılıb

2021-04-19

gun az article

Çavuşoğlu Rusiyanın Türkiyədəki səfiri ilə görüşüb

2021-04-19

gun az article

İran parlamenti 2 həftəlik tətilə gedir: Səbəb bir qrup deputatın koronavirusa yoluxmasıdır

2021-04-19