SON XƏBƏRLƏR

Robert Qeyts, İrana qarşı ABŞ və Ərəb ölkələrinin Hərbi qabiliyyətlərindən danışıb

2021.10.20, 07:36
Robert Qeyts, İrana qarşı ABŞ və Ərəb ölkələrinin Hərbi qabiliyyətlərindən danışıb

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Amerika və onun ərəb dünyasındakı müttəfiqləri İranın nüvə iddiaları qarşısında öz hərbi qabiliyyətlərini gücləndirməlidir. Bu sözləri ABŞ-ın müdafiə naziri Robert Qeyts deyib. Cənab Qeyts bildirib ki, nüvə məsələsində İranın mövqeyini dəyişmək onu nüvə silahı əldə etdiyi təqdirdə öz təhlükəsizliyinə ziyan vuracağına inandırmaq yolu ilə mümkündür. ABŞ-ın müdafiə naziri bildirib ki, İranın nüvə proqramını inkişaf etdirməsi regionda silah yarışını qızışdıra bilər. Robert Qeyts Əl-Cəzirə tele-kanalına müsahibəsi zamanı nazir ABŞ-ın hələ də diplomatik və iqtisadi təzyiqlərlə İranın siyasətini dəyişə biləcəyinə inandığını deyib.voa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar