SON XƏBƏRLƏR

Roland Kobia: “Avropa Birliyi Qarabağ münaqişəsinin həlli üçün yeni təkliflər hazırlayıb”

2021.10.20, 07:36
Roland Kobia: “Avropa Birliyi Qarabağ münaqişəsinin həlli üçün yeni təkliflər hazırlayıb”

Gunaz.tv

GünAz TV: “Avropa Birliyi (AB) Azərbaycan və Ermənistanın rəsmi şəxsləri ilə Dağlıq Qarabağ münaqişəsinin həllinin tezləşdirilməsinə yönəlmiş etimad tədbirlərinə dair yeni təklifləri müzakirə edir”.

GünAz TV mətbuat mərkəzinin SİA-ya istinadən yaydığı məlumata görə, bunu Avropa Birliyinin Azərbaycan nümayəndəliyinin rəhbəri Roland Kobia deyib. R. Kobia bu ideyaların Azərbaycan və Ermənistan rəhbərliyi ilə müzakirə olunduğunu söyləyib: “Biz əlbəttə ki, həmin ideyaları açıqlayacağıq. Lakin əvvəlcə bunu tərəflərlə ətraflı müzakirə etmək niyyətindəyik”.

O xatırladıb ki, AB-nin ali komissarı Ketrin Eşton Azərbaycana səfəri zamanı AB-nin Dağlıq Qarabağ münaqişəsinin həllində öz səylərini gücləndirəcəyini bildirmişdi: “Biz Minsk Qrupunun səylərini dəstəkləyir və alqışlayırıq, lakin tərəflərin istəyi əsasında münaqişənin daha tez həlli üçün xüsusən də münaqişə tərəfləri arasında etimadın qurulması üçün yeni ideyalar təklif etmək istəyirik”.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar