SON XƏBƏRLƏR

Qrossi MAQATE-nin İranın nüvə təsisatlarına məhdudiyyətsiz nəzarətinə şərait yaradılmasını tələb edib

2021.12.02, 10:00
Qrossi MAQATE-nin İranın nüvə təsisatlarına məhdudiyyətsiz nəzarətinə şərait yaradılmasını tələb edib

Gunaz.tv

Həm İran, həm də Amerikanın müvəqqəti bir razılaşmanın tərəfdarı olmadıqlarını, hər iki ölkənin 2015-ci ildə imzalanmış nüvə sazişinə qayıtmaq istədiyini bildirən Qrossi deyib ki, hazırda Qərbin Vyanada Tehranla apardığı danışıqlarda daha mükəmməl bir razılaşmanın əldə olunması mümkündür.

Güman edirəm ki, belə bir razılaşmanın əldə olunması üçün siyasi iradə var. 

“Hesab edirik ki, MAQATE müfəttişlərinin İranın nüvə proqramına tam nəzarəti bərpa edilməyənə qədər və bu proqramın dinc xarakter daşıması öz təsdiqini tapmayınca hər hansı bir razılaşma əldə olunmayacaq.

2015-ci ild imzalanmış nüvə razılaşmasının şərtlərinə görə, İran uranı yalnız 3.67 səviyyəsində zənginləşdirməli idi. Lakin indi uranı 60 faiz səviyyəsində zənginləşdirməklə məşğuldur. 

Bundan başqa, İran “Fordu” təsisatınıda zənginləşdirilmiş uran istehsalının həcmini artırıb. Bu isə onlara istehsalı daha sürətli və əhəmiyyətli dərəcədə artırmağa imkan verir.

Elə buna görə də hesab edirik ki, İranın nüvə fəaliyyətlərini daha geniş miqyasda apardığını nəzərə alaraq, rəsmi Tehranın müfəttişlərimizin onun nüvə təsisatlarına tam nəzarət etməsinə və hər hansı bir məhdudiyyət olmadan onlara baxış keçirməsinə imkan yaratması çox mühümdür”, -deyə Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi “France 24” telekanalına açıqlamasında bildirib.

Bu arada “Röyters” agentliyi MAQATE rəsmilərinə istinadən yaydığı bir xəbərdə İranın artıq Agentlik müfəttişlərinin “Fordu” təsisatına nəzarətini gücləndirməsinə razılıq verib.

Qeyd edək ki, Qərbin İranla nüvə razılaşmasını canlandırmaq üçün Vyanada apardığı danışıqların 7-ci mərhələsinə noyabrın 29-da start verilib. Danışıqların detalları hələlik mediaya açıqlanmayıb.

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar