SON XƏBƏRLƏR

Təbrizin Zəfəraniyyə bölgəsində etiraz aksiyası keçirilib-VİDEO

2022.02.26, 07:39
Təbrizin Zəfəraniyyə bölgəsində etiraz aksiyası keçirilib-VİDEO

Gunaz.tv

Narazı işçilər Təbrizin şirkətin Zəfəraniyyə bölgəsində yerləşən inzibati binasının qarşısına toplaşıblar.

Etirazçılar gecikdirilmiş əmək haqları, bayram ödənişləri, mükafatlar və digər vaxtı keçmiş tələblərinnin ödənilməməsindən narazılıqlarını bildiriblər. 

Bir neçə gündür davamlı olaraq etiraz aksiyası keçirən işçilər bu günlər ərzində şirkət rəhbərliyindən kimsənin oları qbul etmədiyini, problemlərinin həlli ilə bağlı danışıq aparmaq üçün dəvət olunmadıqlarını deyiblər.

Bundan öncə keçirilən aksiyada işçilərin nümayəndəsi əmək haqlarının ödənilmədiyi üçün işlədikləri ilə işləmədiklərinin həyatlarına heç bir təsir göstərmədiyini deyib və hüquqlarının əldə edilməsi uğrunda mübarizələrini davam etdirəcəkləri, işdən çıxarılmaq bahasına belə olsa geri oturmayacaqlarını söyləyib.

O, Şərqi Azərbaycanda müraciət və istəklərinə önəm verilmədiyi üçün Tehranda yerləşən Rabitə Baş İdarəsinin qarşısında oturaq aksiya keçirəcəkləri barədə xəbərdarlıq edib.

 

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar