SON XƏBƏRLƏR

Şərqi Azərbaycan dəmir yolu işçilərinin əmək haqları ödənilmir

2022.01.18, 09:41
Şərqi Azərbaycan dəmir yolu işçilərinin əmək haqları ödənilmir

Gunaz.tv

Onların sözlərinə görə, Şirkət əmək haqqlarının ödənilməsi ilə bağlı verdiyi vədləri yerinə yetirmir.

Məlumatda bildirilir ki, dəmir yolu işçilərinin ötən günəş ilindən qalan əmək haqları və əlavə iş saatlarına görə nəzərdə tutulan ödənişlər də verilməyib.

Salmas, Culfa, Yufarqan, Əcəbşir və Mərənd şəhərləri dəmir yolu sistemində çalışanlar bildirib ki, əmək haqları ilə yanaşı qanunla nəzərdə tutulan bayramlıq ödəniş də verilməyib, onların sığorta hüququ təmin olunmayıb.

Bundan öncə Azərbaycan Dəmir Yolu Şirkətinin işçiləri qeyd olunan problemlərlə bağlı dəfələrlə tətil və etiraz aksiyası keçirib, işi dayandırıblar.

Şirkət rəhbərliyi problemin həlli, əmək haqlarının ödənilməsi vədi ilə onları işə qaytarsada bu günə kimi heç bir ödəniş olmayıb.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar