SON XƏBƏRLƏR

“Mis mədənlərindən azərbaycanlılar üçün gəlir nəzərdə tutulmayıb”-Şərqi Azərbaycan Ticarət Palatasının başçısı

2022.01.13, 13:18
“Mis mədənlərindən azərbaycanlılar üçün gəlir nəzərdə tutulmayıb”-Şərqi Azərbaycan Ticarət Palatasının başçısı

Gunaz.tv

“İstehsal zəncirinin meqa layihələrinin həyata keçirilməsi əyalətin iqtisadi inkişafına əhəmiyyətli təsir göstərə bilər.

Ancaq təəssüflə milli sərmə sayılan əsas mədən ehtiyatlarının əyalətdən kənara daşınması buna imkan vermir”-deyə, Yunis Jailə mis mədənindən əldə edilən xammalın Kirmana daşınmasına işarə edib.

O, bununla yanaşı Şərqi Azərbaycan xalçaçılıq sənayesinin əyaləti iqtisadi gəlir əldə etməsində əhəmiyyətli dərəcədə rol oynadığını, ancaq mövcud problemlər və hökumətin diqqətsizliyi ucbatından bu sahənin çətin duruma düşdüyünü xatırladıb.

Jailə bildirib ki, əyalətin əsas əl işləri sənayesindən biri sayılan xalçaçılıq üçün qarşıdakı günəş ili büdcəsində heç bir vəait nəzərdə tutulmayıb.

“Yalnız danışmaq və müzakirə etməklə əyalətin problemləri həll olunmayacaq. əyalətin iqtisadi, sənaye və ticarət potensialı düzgün dəyərləndirilib və ona uyğun əməli addımlar atılmalıdır.

Belə olduğu və sənaye layihələrinin tamamlanması təqdirdə Şərqi Azərbaycanı keçmişdəki layiq olduğu yerə qaytara bilərik”-deyə, Yunis Jailə bildirib.

C.E 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar