SON XƏBƏRLƏR

Şərqi Azərbaycanın “Saypa” zavodunun işçiləri tətilə başladı

2022.04.04, 10:55
Şərqi Azərbaycanın “Saypa” zavodunun işçiləri tətilə başladı

Gunaz.tv

Aksiyaya qoşulan 600 işçi zavodun satılmasına, onların işlə əlaqəli problemlərinin həll olunmamasına etiraz edib. İşçilər həmçinin bildirib ki, bu günə qədər onlara təzminat ödənişi ilə bağlı şirkət rəhbərliyindən cavab ala bilməyiblər. 

Aksiyaya çıxanlar bildirib ki, zavodun satılması və onlara təzminat ödənilməməsi onszu da ağır olan sosial güzaranlarını daha da pisləşdirəcək.

Qeyd edək ki, bundan öncə martın 9-da zavod işçiləri həyat şəraitinin pis və maaşların aşağı olmasına etiraz olaraq bir həftəlik tətil aksiyası keçirmişdilər.

Cavidan 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar