SON XƏBƏRLƏR

Şərqi Azərbaycanda vacib əhəmiyyətli dəmiryolu layihəsi 21 ildir yarımçıq qalıb

2021.12.07, 14:41
Şərqi Azərbaycanda vacib əhəmiyyətli dəmiryolu layihəsi 21 ildir yarımçıq qalıb

Gunaz.tv

Bu layihənin tamamlanması təqdirdə dəmir yolu xəttinin Avropa dəmir yolu xəttinə birləşdirilməsi ilə yanaşı Təbriz-Tehran qatarının hərəkət müddəti 5 saat yarıma qədər azalacaq. 

Şərqi Azərbaycan əyalətinin Yol və Şəhərsalma İdarəsinin müdiri Əbulqasım Sultani 21 il müddətində dəmir yolu xəttinin yalnız 132 kilometrinin hazır olduğunu, işlərin davam etdirilməsi üçün lazzimi büdcənin ayrılmasını gözlədiklərini bildirib. 

O, yalnız Təbriz-Ocan arası fəaliyyət göstərən podratçı şirkətlərin 350 milyard tümən alacaqlarının olduğunu deyib və qeyd edib ki, bu günə kimi ayrılan büdcə podraçtı şirkətlərin borclarını ödəmək üçündə kifayət etmir. 

Təbriz, Üskü və Tufarqan şəhərlərinin İran parlamentindəki nümayəndəsi Seyid Məhəmmədrza Mir Tacəddini məsələ ilə bverdiyi açıqlamada layihənin yenidən fəallaşdırılması üçün 500 milyard tümən vəsaitə ehtiyac olduğunu söyləyib. 

C.E

 

ابوالقاسم سلطانی | پایگاه اطلاع رسانی صدای بناب

Əbulqasım Sultani

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar