SON XƏBƏRLƏR

"Azərbaycan Süngün mis mədəninin gəlirindən xeyir götürmür"-Nasir Pərniyan

2022.04.01, 13:18
"Azərbaycan Süngün mis mədəninin gəlirindən xeyir götürmür"-Nasir Pərniyan

Gunaz.tv

O, hal-hazırda əyalətdə mövcud olan mədənlərin 40%-da problemlər olduğunu və bunun Şərqi Azərbaycanın iqtisadi durumuna mənfi təsir göstərdiyini söyləyib.

Pərniyan Şərqi Azərbaycan əyalətinin ölkə üzrə ən çox mədənlərə malik əyalət olmasına baxmayaraq mövcud problemlər və brokratik əngəllər ucbatından bundan istifadə edib və durğun durumda olan sənaye şəhərciklərinin iqtisadi verimliliyini artırmağın mümkün olmadığını vurğulayıb.

Bundan əvvəl Şərqi Azərbaycan əyalətinin İdarəetmə və Planlaşdırma Təşkilatının rəhbəri Məhəmməd Fərşkaran Güney Azərbaycanın Süngun mis mədəninin talan edilməsinə etiraz edib.

"Şərqi Azərbaycan potensialı və mineral ehtiyatlar baxımından yüksək səviyyədədir və Süngun misinin əyalətdə yarada biləcəyi əlavə dəyər çox yüksəkdir.

Ancaq Süngün mis mədəninin xammalının emal olunmadan yüklənərək başqa əyalətlətə, özəlliklə Kirmana daşınması, nəticədə Azərbaycanın sərvətlərinin əsas əlavə dəyərinin başqa əyalətlərə köçürülməsinin heç bir məntiqli açıqlaması yoxdur”-deyə, Fərşkaran bildirib.

Qeyd edək ki, uzun illərdir xüsusilə əyalətin Süngün mis mədənindən əldə edilən xammalın Kirman əyalətinə daşınması, əldə edilən gəlirin başqa əyalətlərə xərclənməsi əyalət məsulları, millət vəkilləri tərəfindən tənqid olunur.

Buna baxmayaraq mədənlərin yerli şirkətlər tərəfindən istismarı, ona bağlı emal zavodlarının yaradılması ilə bağlı təklif və layihələr qəbul edilmir. 

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar