SON XƏBƏRLƏR

Şərqi Azərbaycanda uşaqlar arasında virus yayılıb

2022.04.28, 10:52
Şərqi Azərbaycanda uşaqlar arasında virus yayılıb

Gunaz.tv

“Son günlər ishal, qusma, qızdırma və tənəffüs çatışmazlığı əlamətləri ilə əyalət xəstəxanalarına müraciət edən uşaqların sayı artıb”-dyə, Cavadiyan bildirib.

O, əyalətdə qeyd olunan xəstəliyin ən çox yayıldığı şəhərin Əhər olduğunu deyib. Əhməd Cavadiyan bildirib ki, virus Təbrizdə də geniş yayılmağa başlayıb.

Yeni növ xəstəliyin koronavirusla əlaqəli olmadığını deyən Cavadiyan virusun qarşısının alınması və müalicəsi üçün COVİD-19-a qarşı vaksinlərin işə yaramadığını qeyd edib.

Qeyd edək ki, aprelin 27-də  “Mehr” agentliyi Əhərdə yeni doğulan körpələr və 8 yaşına qədər olan uşaqlar arasında yayılan xəstəliyin bundan öncə müşahidə edilmədiyini bildirilib.

Bunun yeni növ virusun yayılma ehtimalı ilə bağlı olduğu barədə xəbərdarlıq edilib.

Yayılan videolardan göründüyü kimi Əhər xəstəxanasının uşaq şöbəsi və xəstəxananın dəhlizləri bu xəstəliyə yoluxan uşaqlarla doludur. 

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar