Şərqi Azərbaycan valisi ilə azərbaycanlı millət vəkilləri arasında gərginlik böyüyür

17.06.2022, 09:29

Şərqi Azərbaycan valisi Zeynəlabdin Rəzəvi Xurrəm əyalətlərdə məsulların seçilməsi işinə millət vəkillərinin müdaxilə etdiyini deyir.

Gunaz.tv Quote | Gunaz article

O, bir sıra parlament üzvlərinin nəzərdə tutduqları şəxsləri vəzifəyə gətirə bilməyəndə millət vəkilliyi statusundan istifadə edərək nazirlər vasitəsilə valiliyə təzyiq göstərdiyini vurğulayıb.

“Onların nəzərdə tutduqları şəxslər vəzifəyə layiq olsalar irəli çəkilərlər. Ancaq o adamlar lazım olan göstərici və keyfiyyətlərə malik olmadıqları halda yalnız millət vəkilləri ilə qohumluqları və yaxınlıqları hesabına vəzifəyə təyin olunmaq istəyirlər”-deyə, vali bildirib.

Qeyd edək ki, Şərqi Azərbaycan valisi və əyalətin İran parlamentindəki nümayəndələri arasında ixtilaflar var və bu get-gedə özünü daha da qabarıq şəkildə göstərir.

İbrahim Rəisi prezident seçildikdən sonra Şərqi Azərbaycandan olan millət vəkillərinin çoxunun indiki vali Zeynəlabdin Rəzəvi Xurrəmin valiliyə gətirilməsi ilə razılaşmadıqları üçün onun təyinatı bir neçə ay gecikdi.

Millət vəkilləri azərbaycanlıların və millət vəkillərinin istəklərinin nəzərə alınmadığını və İran Daxili İşlər Nazirliyinin özünə yaxın və sadiq şəxsi əyalətə vali kimi təhmil etmək istədiyini bildirirdilər.

İran daxili işlər naziri Əhməd Vəhidi İran İnqilab Keşikçiləri Korpusunun komandirlərindən olduğu üçün əyalətlərə daha çox SEPAH komandirlərinin vali təyin olunmasına çalışıbı və qismən buna nail olub.

Zeynəlabdin Rəzəvi Xurrəm keçmiş SEPAH komandirlərindəndir və onun bir sıra həmkarları indiki valininin bu vəzifəyə layiq olmadığını bildiriblər.

O, vali təyin olunduqdan sonra 23 oktyabr 2021-ci ildə keçirilən mərasimdə onun keçmiş əməkdaşı, SEPAH komandirlərindən olan polkovnik Əyyub Əlizadə ona hücum edib.

Bütün bunlarda Şərqi Azərbaycan əyalətinin İran parlamentindəki bir neçə üzvünü, özəlliklə Əhməd Əlirzabeygini günahkar bilən valinin millət vəkilləri ilə münasibətləri gərgin olaraq qalır.

Bunun nəticəsi olaraq iyunun 2-də Təbrizdə İran prezidenti İbrahim Rəisi ilə Şərqi Azərbaycan əyalətinin valisi, məsulları, cümə imamı və millət vəkillərinin keçirilən görüşündə Zeynəlabdin Rəzəvi Xurrəmin göstərişi ilə Əhməd Əlirzabeyginin öncədən planlaşdırılan çıxışına icazə verilməyib. 

Cavidan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

“Parlaq gələcək”: “Brüssel yürüşünün dəyərləndirilməsi” və “Cenevrədə BMT-də “Ərk” Cəmiyyətinin konfransı”  - VİDEO

2023-03-28

gun az article

“Azadlıq səsi” proqramında müzakirə- “Azərbaycana qarşı erməni-fars təxribatları”  -VİDEO

2023-03-27

gun az article

Tehranda Azərbaycan bayrağı asıldı

2023-03-27

gun az article

Təbrizdə aksiya: divarlara etiraz məzmunlu afişalar asıldı

2023-03-27

gun az article

“Dəyirmi masa”: “İranın Azərbaycana qarşı təhdidləri” və “Azərbaycanlıların Brüssel toplantısı” -VİDEO

2023-03-26

gun az article

Həmədanda Azərbaycan mahnısına görə restoran bağlandı

2023-03-26

gun az article

Güney azərbaycanlılar Brüsseldə mitinq keçiriblər

2023-03-25

gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir” -VİDEO

2023-03-25

gun az article

Təbrizdə taksi kirayələri kəskin artdı

2023-03-25

gun az article

Xoyda baş verən zəlzələdə xəsarət alanların sayı açıqlandı

2023-03-24

gun az article

Ərdəbildən Azərbaycan Respublikasına dəstək

2023-03-24

gun az article

Güney Azərbaycanda 5.6 bal gücündə zəlzələ baş verib

2023-03-24

gun az article

Zənganlı fəal Hüseyn Bayat qeyri-müəyyən şəraitdə həbsdə saxlanılır

2023-03-24

gun az article

BMT ofisində "Ərk"-Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin konfransı keçirilib

2023-03-24

gun az article

“Sözümüz”də müzakirə: “İranın Azərbaycana qarşı təhdidləri nə qədər ciddi sayılır?”  - VİDEO

2023-03-24

gun az article

Urmuda 5 nəfər casusluq ittihamı ilə edama məhkum edilib

2023-03-23

gun az article

Güneyli hüquqşünaslar tərəfindən Azərbaycan İnsan Hüquqları Təşkilatı yaradılıb

2023-03-23

gun az article

Ərdəbildə uşaqlara Azərbaycan dilində kitablar paylanıb-VİDEO

2023-03-23

gun az article

İran Sərhəd Qoşunlarının komandanı Azərbaycan sərhədinə gəlib

2023-03-23

gun az article

Milli fəal Pərviz Siyabi məzuniyyətə buraxılıb

2023-03-23