SON XƏBƏRLƏR

Şərqi Azərbaycan valisini döyən SEPAH komandiri həbs olundu-VİDEO

2021.10.27, 11:02
Şərqi Azərbaycan valisini döyən SEPAH komandiri həbs olundu-VİDEO

Gunaz.tv

Zəbihullah Xudaiyan mediaya verdiyi açıqlamada Şərqi Azərbaycan əyalətinə yeni təyin olunmuş vali Zeynəlabdin Rəzəvi Xürrəmin təqdimat mərasimində ona hücum edən SEPAH komandiri polkovnik Əyub (Cəfər) Əlizadənin saxlanıldığını deyib.

Məhkəmə Sisteminin sözçüsü deyib ki,saxlanılan şəxs barədə hüquqi addım atılacaq. O, məsələ ilə bağlı mediada yayılan məlumatların çoxunun yanlış oduğunu iddia edib.

“Yeni vali hücum edən şəxslə bağlı heç bir şikayət verməsə də, Əlizadə saxlanılıb və onun barəsində cinayət işi açılacaq.

Bu sosial mediada yanlış məlumatların yayılmasına səbəb olub. Mövcud olan problem hücum etməklə yox müzakirə və qanuni yollarla həll olunmalı idi”-deyə, Zəbihullah Xudaiyan SEPAH daxilində olan qarşıdurmalarla bağlı məlumatların yayılmasından hiddətini gizlədə bilməyib.

O, hadisənin şəxsi zəmində baş verdiyini təlqin etməyə çalışaraq mediada yayılan məlumatların saxta olduğunu, həqiqəti əks etdirmədiyini söyləyib.

Qeyd edək ki, oktyabrın 23-ündə İranın daxili işlər naziri Əhməd Vəhidinin iştirakı ilə Təbrizdə keçirilən mərasimdə Şərqi Azərbaycanın valisi döyülüb.

Şərqi Azərbaycan əyalətinə yeni təyin olunan vali Zeynəlabdin Rəzəvi Xurrəmi döyən Əyyub (Cəfər) Əlizadə də SEPAH komandiridir.

Valiyə hücum edən şəxsin və digər SEPAH komandirlərinin açıqlamaları göstərir ki, insident İran İslam İnqilabı Keşikçiləri Korpusunun rəhbərliyində yaranan qarşıdurma və ixtilafların nəticəsidir.

Valini döyən polkovnik Əyyub Əlizadə yayınladığı yazılı açıqlamada etdiyi əməldən peşman olmadığını bildirib, valini munafiq, sistemə qarşı gedən xain adlandırıb.

“Ümid edirəm ki, məni məhkəməyə verərlər və bu vasitə ilə mənə sənəd və faktlarla Zeynəlabdin Rəzəvi Xurrəmin şəhidlərin qanına və rəhbərliyə qarşı xəyanətini sübut etmək imkanı yaranar”-deyə, o, bildirib.

Açıqlamada Əlizadə yeni valini korrupsiyada, oğurluqda, dövlətin və xalqın sərvətini talamaqda günahlandırıb. Bildirib ki, vali oğurladığı pullarla  özü və həyat yoldaşının adına İstanbul və Ankarada luks evlər, əmlaklar alıb.

O, eyni zamanda SEPAH komandirlərindən olan yeni valini əxlaqsızlıqda ittiham edib.

Bu məsələ mediada İran İslam İnqilab Keşikçilərinin rəhbərliyi daxilində qarşıdurma və iki tirəliyin yaranması barədə növbəti fakt kimi yayınlanıb.

Tehran rəsmiləri və “Sepah” rəhbərliyi mövcud ixtilafların mətbuata sızması və ictimailəşdirilməsindən narahatlıqlarını ifadə edən açıqlamalar veriblər.

Məsələ ilə bağlı səsli açıqlama yayan İran İslam Keşikçiləri Korpusunun Şərqi azərbaycan əyalətində olan “Aşura” briqadasının komandirlərindən biri polkovniki Seyid Cavad Məhəmmədi isə mövzunun şişirdilməsini düzgün saymayıb. O, bunu “düşmən dəyirmanına su tökmək" adlandırıb.

Cavad Məhəmmədi bildirib ki, bundan öncə SEPAH-ın Şərqi Azərbaycandakı “Aşura” briqadasına yeni vali ilə birgə fəaliyyətlərində problemlər yarandığı üçün bölmədən ayrılması barədə müraciət etdiyini bildirib.

Cavadi SEPAH-da olan ixtilafların mətbuata çıxması və ictimailəşdirilməsini yolverilməz adlandırıb.

C.E

 

Mövzu ilə bağlı buradan daha çox oxuya bilərsiniz:
https://gunaz.tv/az/new/smi-t-qdimat-m-rasimind-rqi-z-rbaycan-valisi-d-y-ld-1634978615

https://gunaz.tv/az/new/epah-r-hb-rliyind-qar-durma-g-cl-nib-1635150901

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar