SON XƏBƏRLƏR

Şərqi Azərbaycan yüksək inflyasiyaya görə İranda altıncı yerdədir

2021.11.03, 08:11
Şərqi Azərbaycan yüksək inflyasiyaya görə İranda altıncı yerdədir

Gunaz.tv

Ələsgər Abbaszadə əyalətdə infilyasiyanın 50%-i keçdiyini, bunun dövlətin pul və maliyyə siyasətlərinin nəticəsində baş verdiyini açıqlayıb.

“Mehr” xəbər agentliyinin verdiyi məlumata görə, Ə.Abbaszadə bu barədə noyabrın 1-də açıqlama verib.

“Şərqi Azərbaycan sərhəd əyaləti olduğu üçün ilin ilk altı ayı ərzində əyalətə alış məqsədli səfərlərin sayı və mal tədarükü artır. Təkliflə tələbat arasında uçurum yaranır və nəticədə inflyasiya, əmtəə qiymətlərinin artması qaçılmaz olur”-deyə, o, problemin əsas səbəbini söyləməkdən yayınıb.

Baş direktorun Şərqi Azərbaycanda infliyasiyanın yüksək olması ilə bağlı göstərdiyi səbəblər əsaslı sayılmır. 

Bundan öncə oktyabr ayının əvvəlində İran Statistika Mərkəzinin yaydığı məlumatda, ölkədə 20 əyalətin əhalisi yaşayış göstəricilərinə görə səfillik səviyyəsində yaşadıqları bildirilib.

Mərkəzin hesablamalarına görə, İranın yalnız 8 əyaləti səfalət indeksi baxımından 60% -dən yuxarıda dayanır və səfil sayılmır. 
Bu hesablamada Şərqi Azərbaycan əyaləti 58.6 göstərici ilə səfil əyalətlər sırasında yer alıb.

İran Statistika Mərkəzinin son hesablamalarına görə, sentyabr ayının sonunda inflyasiya yüzdə 45,8, işsizlik nisbəti isə 9,6 faizə çatıb. 

C.E
 

اخبار علی اصغر عباس زاده - آخرین و جدیدترین خبر های علی اصغر عباس زاده

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar