SON XƏBƏRLƏR

Şərqi Azərbaycan əyalətinin büdcəsi azaldıldı

2021.12.16, 12:07
Şərqi Azərbaycan əyalətinin büdcəsi azaldıldı

Gunaz.tv

Ötən günəş ilində bu il üçün (2020-2022-ci il) Şərqi Azərbaycan əyalətinə ayrılan büdcə 15 min milyard tümən olduğu halda yeni günəş ili üçün (2021-2022-ci il) bu məbləğ azaldılaraq 11 min milyard tümən olaraq təsdiq edilib. 

Bu, bir sıra əyalət məsulları ilə yanaşı media fəalları və azərbaycanlı iqtisadi sahə mütəxəssislərinin də təəccüb və narahatlığına səbəb olub. 

Güney azərbaycanlı media fəalı və iqtisadi ekspert Tahir Xeyri məsələ ilə bağlı verdiyi açıqlamada bunun başa düşülmədiyini deyib. 

“Uzun illərdir İranın iqtisadi və sənaye mərkəzlərindən biri sayılan Şərqi Azərbaycan əyalətinin büdcəsinin azaldılması sual doğurur. 

Əyalət budcəsinin kəskin azaldılmasına görə məsullar cavab verməlidir. Yüzlərlə yaqrımçıq layihəsi olan bir əyalətin büdcəsi birdən-birə niyə 15 min milyard tüməndən 11 min milyard tümənə salınmalıdır?”-deyə, Tahiri mediaya verdiyi açıqlamasında bildirib. 

O, Şərqi Azərbaycan əyalətinin ölkənin 5% cəmiyyətini özündə ehtiva etdiyi halda ölkə iqtisadiyyatına verdiyi xeyirin qat-qat çox olduğunu deyib və validən, millət vəkillərindən və başqa əlaqədar məsullardan məsələ ilıə bağlı qəti fikir bildirmələrini istəyib. 

“Hal-hazırda ölkədə yarımçıq qalan layihələrin 5%-i, yəni ortalama 2 min layihə Şərqi Azərbaycandadır.

Bu layihələrin bəzisinin ən azı 10 il bundan öncə başlamasına baxmayaraq, hələ də tamamlanmayıb. 

Bu il nəzərdə tutulan yeni büdcə ilə yeni layihələrin başlanması bir yana, heç yarımçıq layihələrin tamamlanmasıda mümkün olmayacaq”-deyə, Tahir Xeyri bunun şərqi azərbaycan əhalisi üçün qəbul edilməz olduğunu deyib. 

 

بهره‌وری پایین تولید در آذربایجان شرقی - خبرگزاری بازار

C.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar