Şərqi Azərbaycanda 1 gündə 417 nəfər koronavirusa yoluxub

2020-07-01 12:47

Güney Azərbaycanın Şərqi Azərbaycan əyalətində son 24 saatda 417 yeni koronavirusa yoluxma faktı aşkar edilir.

Gunaz.tv Quote | Gunaz article

Bu barədə, Şərqi Azərbaycanın Səhiyyə Xidmətinin rəhbəri və Təbriz Tibb Universitetinin rektoru Məhəmməd Hüseyn Somi məlumat verib.

Somi həmçinin bildirib ki, ötən gün Şərqi Azərbaycan əyalətində 7 nəfər koronavirusdan ölüb.

Tibb Universitetinin rektoru əlavə edib ki, öncəki həftədə koronavirus qurbanlarının sayı orta hesabla gündə 8-9 nəfər olub.

Somi əyalətdə koronavirus infeksiyasına yoluxanların ümumi sayının 18 min 667 nəfərə çatdığını bildirib.

“koronavirusa yoluxanların 50 faizi, bu xəstəlikdən ölənlərin isə 10 faizi 50 -dən aşağı yaş kateqoriyasına daxildir,” deyə o artırıb.

Onun sözlərinə görə, hazırda Şərqi Azərbaycan əyalətində 733 nəfər koronavirus şübhəsi ilə xəstəxanalarda müalicə alır.

“İnfeksiyaya yoluxanlardan 185 nəfər reanimasiya şöbəsində müalicə alır. Onlardan 111 nəfəri ventilyasiya (süni tənəffüs) aparatına bağlıdırlar,” deyə Somi əlavə edib.

 

 

Güney Azərbaycanın Qərbi Azərbaycan əyalətində də 822 nəfər koronavirus şübhəsi ilə xəstəxanalarda müalicə alır.

Qərbi Azərbaycanın səhiyyə xidmətinin rəhbəri və Urmiya Tibb Universitetinin rektoru Cavad Ağazadənin verdiyi məlumata əsasən, xəstəxanada müalicə alanlardan 306 nəfərinin koronavirus testi pozitiv çıxıb.

“İnfeksiyaya yoluxanlardan 155 nəfər reanimasiya şöbəsində müalicə alır. Onlardan 50 nəfərinin vəziyyəti ağırdır və ventilyasiya aparatına bağlıdırlar,” deyə Ağazadə qeyd edib.

Ağazadə həmçinin bildirib ki, son 24 saatda daha 165 nəfər koronavirus şübhəsi ilə xəstəxanalara yerləşdirilib.

 

 

Zəncan əyalətində isə son 24 saatda daha 40 nəfərdə koronavirus infeksiyası aşkarlanıb. Zəncan Tibb Universitetinin rektoru Pərviz Qızılbaş əyalətdə koronavirus infeksiyasına yoluxanların ümumi sayının 1644 nəfərə çatdığını bildirib.

Qızılbaşın sözlərinə görə, Zəncanda koronavirusdan ölənlərin sayı isə 180 nəfərə çatıb. Rəsmi xəstəliyə yoluxanlardan 1328 nəfərinin tam sağaldığını bildirib.

O həmçinin qeyd edib ki, hazırda koronavirusa yoluxan 542 nəfər xəstəxanalarda müalicə alır.

 

 

Güney Azərbaycanın Ərdəbil əyalətində isə son 24 saatda 26 nəfər koronavirusa yoluxub. Ərdəbil Tibb Universitetinin rektor müavini Məhəmmədrza Rzayinin sözlərinə görə, hazırda əyalətdə xəstəliyə yoluxan 145 nəfər xəstəxanalarda müalicə alır. Onlardan 30 nəfəri reanimasiya şöbəsindədir.

Rzayi son 24 saatda 1 nəfərin koronavirusdan öldüyünü bildirib.

 

 

 Ü.F

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV Aug.14.2020-QADINCA: Lobnan, İran və ermənistan münasibətləri

2020-08-15

gun az article

GünazTV Aug.14.2020: Azadlıq səsi: İrana qarşı silah embarqosunun məqsədi

2020-08-15

gun az article

Şərqi Azərbaycanda ağır yol qəzası baş verib

2020-08-14

gun az article

Güney Azərbaycanda koronavirus pandemiyası ilə bağlı son vəziyyət

2020-08-14

gun az article

Evin zindanında saxlanılan milli fəallar: Dövlət televiziyasında yayımlanan reportaj gülünc və yalandır

2020-08-14

gun az article

Ərdəbil baş prokuroru siyasi məhbus Abbas Lisaninin məzuniyyətə buraxılmasına icazə verməyib

2020-08-14

gun az article

GünazTV Aug.13.2020-Sözümüz: Azərbaycan Kültürünə Qarşı Düşmənçiliklər

2020-08-14

gun az article

GünazTV Aug.13.2020- Düşünməyə Çağırı: Keçmişdən Günümüzə Qaşqayi Türkləri

2020-08-13

gun az article

Milli fəallar Abbas Lisaninin ailəsinə başsağlığı veriblər

2020-08-13

gun az article

Qərbi Azərbaycanda koronavirusdan ölənlərin sayı 800 nəfəri ötüb

2020-08-13

gun az article

Şərqi Azərbaycanda baş verən yol qəzalarında 207 nəfər ölüb

2020-08-13

gun az article

Azərbaycan İnsan Hüquqları Cəmiyyəti: Abbas Lisaninin məzuniyyət hüququ təmin olunmalıdır

2020-08-13

gun az article

GünazTV Aug.12.2020: Rusların Korona vaksənləri nə qədər doğrudu, İranın Lobnan və məntəqədəki siyasətinin böhranları

2020-08-12

gun az article

Mərənddə 5 mindən çox balıq tələf olub + VİDEO

2020-08-12

gun az article

Saxlanılan milli fəal Cavad Ruhinəjad Qoşaçay həbsxanasına köçürülüb

2020-08-12

gun az article

Güney Azərbaycanda koronavirus pandemiyası ilə bağlı son vəziyyət

2020-08-12

gun az article

Qərbi Azərbaycanda baş verən zəlzələdə xəsarət alan olmayıb

2020-08-12

gun az article

Yerli məsulların xəyanəti nəticəsində Təbrizin fotoqrafiya muzeyi Tehrana köçürülür + VİDEO

2020-08-12

gun az article

Həbsdə olan milli fəal Abbas Lisaninin qardaşı dünyasını dəyişib

2020-08-12

gun az article

GünazTV Ayg.11.2020-Özümüz: Naserəddin Şahın Avrupa Səfərləri

2020-08-12