Şərqi Azərbaycanda 80 min narkotik aludəçisi müalicə mərkəzlərinə yerləşdirilib

2020-07-01 16:48

Güney Azərbaycanın Şərqi Azərbaycan əyalətində keçən il (İranda yeni il Novruz bayramında başlayır) 80 min narkotik aludəçisi müalicə mərkəzlərinə yerləşdirilib.

Gunaz.tv Quote | Gunaz article

Bu barədə, Şərqi Azərbaycanın narkotiklərlə mübarizə qərargahının katibi Rza Ustad Rəhimi məlumat verib. Onun sözlərinə görə, müalicə mərkəzlərinə qəbul olanların 2 min nəfəri qadın olub.

Rəsminin verdiyi məlumata əsasən, müalicə mərkəzlərindən buraxılan şəxslərin 93 faizi yenidən narkotik vasitələrdən istifadə etməyə başlayır.

 

 

Ustad Rəhimi həmçinin keçən il ərzində (mart 20, 2019-2020) Şərqi Azərbaycan əyalətində 3 ton narkotik vasitənin ələ keçirildiyini bildirib. O, bu rəqəmin öncəki il ilə müqayisədə 8 faiz artdığını qeyd edib.

“Polisinin həyata keçirdiyi əməliyyatlar nəticəsində 8 min 651 narkotik alverçisi saxlanılıb,” deyə Ustad Rəhimi əlavə edib.

O, son 1 ay ərzində Şərqi Azərbaycan əyalətində 366 narkotik aludəçisinin həbs olunduğunu bildirib.

 

 

Güney Azərbaycanda və İranda fərdi və ictimai azadlıqların həddindən artıq məhdud olması, həmçinin işsizlik və yoxsulluq kimi kütləvi problemlər cəmiyyətdə narkomaniya, depressiya, intihar, yersiz dava və boşanma hallarının artmasına səbəb olub, bu vəziyyət getdikcə pisləşir.

 

 

Xatırladaq ki, İrandan narkotik maddələrin dövriyyəsi ən gəlirli ticarət sahələrindən biri hesab olunur. Narkotiklərlə Mübarizə İdarəsi bildirir ki, ölkədə dövlətin qarşısını almaqdan boyun qaçırdığı narkotik mafiyaları mövcuddur və onları bu ağ ölümü rahat şəkildə İranın hər bir tərəfinə paylayırlar.

Keçən il İran Milli Məclisinin Hüquq Komissiyasının sözçüsü Həsən Novruzi həbs edilmiş böyük narkotik qaçaqmalçısının azad edilməsi üçün 300-dən çox rəsminin onlara zəng etdiyini demişdi.

 

 

Bir müddət öncə isə Mediaya sızan bir videoda keçmiş “Sepah” komandanı, hazırda isə Ali Məsləhət Şurasının katibi olan Möhsün Rzayi də ölkə rəsmilərinin yüksək gəlir gətirən narkotik ticarətində əli olduğunu etiraf edir. O, həmin videoda bildirir ki, ölkəyə qaçaq yolla gətirilən narkotikin hansı sərhəddən keçirildiyi məlum olsa da, dövlət rəsmiləri bunun qarşısını almırlar. Bu isə göstərir ki, onların özünün də bu işdə əlləri var.

 

 

Ü.F

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Məsud Pezeşkiyan koronavirusa yoluxub

2020-08-08

gun az article

GünazTV July.07.2020: Azadlıq səsi: Beyrutda baş verən partlayış və səbəblər

2020-08-08

gun az article

GünazTV Aug.07.2020-QADINCA: Rafiq Tağı işığında ədəbiyyat, din, İran

2020-08-08

gun az article

Traxtur klubunun sahibi voleybol komandası yaratmaq istəyir

2020-08-07

gun az article

Qərbi Azərbaycanda koronavirusdan ölənlərin sayı 775 nəfərə çatıb

2020-08-07

gun az article

Şərqi Azərbaycanda baş verən zəlzələdə xəsarət alan olmayıb

2020-08-07

gun az article

89 yaşlı qadın koronavirusa qalib gəldi

2020-08-07

gun az article

Aşan kənd əhalisi təhlükədə; müvəqqəti körpü hər an dağıla bilər

2020-08-07

gun az article

GünazTV Aug.06.2020-Sözümüz: Hökümətin Koronalı Günlərdə Əzadarlıq Siyasəti

2020-08-06

gun az article

GünazTV Aug.06.2020- Düşünməyə Çağırı: Ortadoğudaki Sorunlar və Bölgə Türklərinin Durumu

2020-08-06

gun az article

Zəncanda yol qəzası: 1 nəfər ölüb

2020-08-06

gun az article

Güney Azərbaycanda koronavirus pandemiyası ilə bağlı son vəziyyət

2020-08-06

gun az article

Azərbaycana dəstək aksiyası zamanı saxlanılan Həkimə Əhmədi sərbəst buraxılıb

2020-08-06

gun az article

Şərqi Azərbaycanda 1700-dən çox tibb işçisi koronavirusa yoluxub

2020-08-06

gun az article

Millət vəkili: Süngün mədəninin milyardlıq gəlirindən Azərbaycana pay ayrılmır

2020-08-06

gun az article

GünazTV Aug.05.2020: Beyrutda partlayış, Koronavirus və Məhərrəm əzadarlıqı.

2020-08-05

gun az article

GünazTV Aug.05.2020: Bütün medallarını Əli Xameneiyə verən "sepah idmançısı" dopinq edib

2020-08-05

gun az article

İranın kəşfiyyat və təhlükəsizlik təşkilatları güney azərbaycanlı jurnalistdən şikayət edib

2020-08-05

gun az article

Güney Azərbaycanda koronavirus pandemiyası ilə bağlı son vəziyyət

2020-08-05

gun az article

Ərdəbil divarlarında “İran vaxtı ilə həyat; məhv olmaq” qraffitisi

2020-08-05