SON XƏBƏRLƏR

Şərqi Azərbaycanda çap olan türkcə kitabların sayı bəlli olub

2022.02.22, 06:56
Şərqi Azərbaycanda çap olan türkcə kitabların sayı bəlli olub

Gunaz.tv

Təbrizin “azərəncümən” xəbər saytının verdiyi məlumata görə, Nazimi əyalət naşirlərinin bir çoxunun türk dilində kitabların çap olunmasında maraqlı olduqlarını deyib.

Onun iddiasına görə, nəşriyyatların türk dilində olan kitabların buraxılmasına maraqları səbəbindən cari günəş ilində, 2021-ci ilin martından 2022-ci ilin fevral ayına kimi Şərqi Azərbaycanda 625 adda türkcə kitab buraxılıb.

“Türk dilində buraxılan kitabların çoxunluğu ədəbiyyat, uşaq şeirləri və nağıllarından ibarətdir. Özəlliklə türk dilində uşaqlar və yeniyetmələr üçün nəzərdə tutulan kitabların sayı önəmli dərəcədə çoxdur”-deyə, Mədəniyyət və İrşad İdarəsinin başçısı iddia edib.

O, cari günəş ilində Şərqi Azərbaycanda buraxılan kitabların 15%-nin türk dilində olduğunu iddia edərək bunun əhəmiyyətli say olduğunu söyləyib.

Qeyd edək ki, son aylar Şərqi Azərbaycan əyalətində nəşriyyat və çap evlərinə türk dilində kitab. Afişa və təqvimlərin çap olunmasına məhdudiyyətlərin qoyulması ilə bağlı göndərilən sərəncamlar Qasım Naziminin iddialarının doğruluğunu şübhə altına alır.

Son bir ildə əyalətin müxtəlif şəhərlərində, özəlliklə Təbriz, Mərənd, Marağa və Culfa şəhərlərində türkcə afişa, elan və təqvimlərin çapına qoyulan qadağa ilə bağlı sosial mediada çoxsaylı məlumatlar yayılıb.

Məsələnin mediada yayılması və etirazlardan sonra Qasım Nazimi özüdə başda olmaqla bir sıra rəsmilər bundan xəbərsiz olduqlarını, məsələni araşdırıb açıqlama verəcəklərini bildirmişdilər.

Sonrakı açıqlamalar dolayısı yolla qadağanın tətbiq edilməsinin təhlükəsizlik idarəsinə və idarənin nəzarətində olan bir sıra mərkəzlərə tərəfindən həyata keçirildiyi bildirilmişdir.

Bununla yanaşı Qasiminin çap olunduqlarını iddia etdikləri kitabların çoxunluğu 200-500 arası sayla buraxılır və onların çapının məqsədə uyğun olub-olmaması ilə bağlı Qasım Naziminin başçılıq idarəsi araşdırma apardıqdan sonra qərar verir.

C.E     

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar