SON XƏBƏRLƏR

Enerji böhranı Şərqi Azərbaycanda sənayeni iflic edib

2021.11.10, 11:52
Enerji böhranı Şərqi Azərbaycanda sənayeni iflic edib

Gunaz.tv

Özəlliklə son bir ildə Şərqi azərbaycanda baş verən elektriki kəsintiləri və elektrik enerjisi çatışmazlığı bir çox iş yerləri və sənaye müəssisələrinin müflis olmasına səbəb olub.

Problemlə bağlı iş adamları, müəssisə rəhbərləri və millət vəkilləri dəfələrlə əsələ qaldırsa da, problemin həlli ilə bağlı ciddi irəliləyiş yoxdur.

Sənaye müəssisələrinin bir çoxuna elektrik enerjisinin kvota ilə verildiyi bildirilir.

Böhranın daha da dərinləşməsi bir sıra məsul şəxsləri də problemi etiraf etməyə məcbur edib.

Şərqi Azərbaycan əyalətinin valisi Zeynalabdin Rəzəvi Xurrəm də əyalətin su və elektrik sahəsinin məsulları ilə görüşündə problemdən bəhs edib.

“Dayanıqlı enerji təchizatı müxtəlif sahələrdə inkişafın əsas amillərindən biridir və buna nail olunmayana qədər inkişaf problemlə üzləşəcək”-deyə, o, elektrik çatışmazlığının əyalət sənayesinə vurduğu ziyanı etiraf edib.

Vali problemin həlli üçün daha əsaslı və dərin dəyişikliyə ehtiyac olduğunu iddia etsə də, bunun necə və hansı formada həyata keçirilməli olduğu barədə hər hansı açıqlama verməyib.

Toplantıda Regional Su Şirkəti, Su və Kanalizasiya İdarəsi, Regional Elektrik Enerjisi, əyalətin və Təbrizin elektrik tədarükü şirkətlərinin başçıları iştirak ediblər.

Onlar problemin aradan qaldırılması üçün layihələrinin olduğunu, ancaq layihələrin həyata keçirilməsi üçün vəsait ayrılmadığını bildirsələrdə, vali mövzudan yayınaraq qarşıya qoyulan işlərin reallaşması üçün əlavə fədakarlığa ehtiyac olduğunu deyib.

C.E  
 

وضعیت آب و برق آذربایجان‌شرقی نگران‌کننده است / صنایع برای توسعه با کمبود  برق مواجه هستند | آیرال خبر

Zeynəlabdin Rəzəvi Xurrəm

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar