SON XƏBƏRLƏR

Şərqi Azərbaycanda həkim çatışmazlığı var

2022.08.06, 06:43
Şərqi Azərbaycanda həkim çatışmazlığı var

Gunaz.tv

Sərəskənd şəhərinin başçısı (fərmandar) Əlirza Turi mediaya verdiyi açıqlamada 100 min nəfər əhalisi olan mahalda həkim çatışmazlığının ciddi problemə çevrildiyini deyib.

O, bununla yanaşı xəstəxanalarda olan avadanlıqların köhnəldiyini, onların yenilənməsi üçün büdcə olmadığından gileylənib.

Bir neçə gün bundan öncə Təbriz Tibb Elmləri Universitetinin başçısı Bəhmən Nəğipur oxşar problemə toxunaraq Şərqi Azərbaycan əyalətinin xəstəxanalarında tibbi texnika və avadanlıqların çatışmadığını deyib.

"Son illər tibb və xəstəxana avadanlıqları və ləvazimatları fasiləsiz istifadə olunduğundan zaman keçdikcə onların çoxunun istismar müddəti bitib və bu Şərqi Azərbaycan əyalətinin səhiyyə sektorunda böyük problemlər yaradıb"-deyə, Nəğipur bildirib.

Tibb Elmləri Universitetinin başçısı başda Təbriz olmaqla əyalətin əksər şəhərlərinin xəstəxanalarında çox vacib avadanlıqların yenilənə bilmədiyi üçün bu sahədə böhran yaşandığını qeyd edib.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar