Şərqi Azərbaycanda koronavirusa yoluxanların sayı artır: hər gün 160 nəfər

2020-06-01 13:12

Güney Azərbaycanın Şərqi Azərbaycan əyalətində hər gün orta hesabla 160 yeni koronavirusa yoluxma halı aşkar edilir.

Gunaz.tv Quote | Gunaz article

Bu barədə, Şərqi Azərbaycanın səhiyyə xidmətinin rəhbəri və Təbriz Tibb Universitetinin rektoru Məhəmməd Hüseyn Somi məlumat verib. Somi keçən həftə ərzində Şərqi Azərbaycanda 1000 yeni koronavirusa yoluxma faktının qeydə alındığını bildirib.

 

 

Tibb universitetinin rektoru əyalətdə koronavirusa yoluxanların ümumi sayı haqda məlumat verməyib. Mayın 28-də açıqlanan statistikada əyalətdə xəstəliyə yoluxanların sayının 8820, infeksiyadan ölənlərin sayının isə 567 nəfərə çatdığı bildirilmişdi.

 

 

Qərbi Azərbaycan əyalətində də son 24 saatda 189 yeni koronavirusa yoluxma faktı qeydə alınıb. Qərbi Azərbaycanın səhiyyə xidmətinin rəhbəri və Urmiya Tibb Universitetinin rəisi Cavad Ağazadə əyalətdə koronavirus xəstəliyinə yoluxanların  ümumi sayının 5639 nəfərə çatdığını bildirib. Onun sözlərinə görə, infeksiyadan ölənlərin sayı isə 224 nəfərə çatıb.

 

 

 Ağazadə xəstəliyə yoluxanlardan 3602 nəfərinin tam sağalaraq evə buraxıldığını açıqlayıb.

 

 

Zəncan əyalətində isə rəsmi açıqlamaya görə, koronavirus infeksiyasına yoluxanların sayı 1167 nəfərə çatıb. Zəncan Tibb Universitetinin rəisi Pərviz Qızılbaş son 24 saatda daha 6 nəfərin xəstəliyə yoluxduğunu bildirib. Zəncanda koronavirusdan ölənlərin sayı isə 130 nəfərə çatıb. Qızılbaş xəstəliyə yoluxanlardan 959 nəfərinin tam sağaldığını bildirib. 

 

 

Güney Azərbaycanın Ərdəbil əyalətində də koronavirus infeksiyasına yoluxanların sayı 2809 nəfərə çatıb.  Ərdəbil Tibb Universitetinin rəisi Şəhram Həbibzadənin verdiyi məlumata görə, əyalətdə son 24 saatda 44 yeni koronavirusa yoluxma faktı qeydə alınıb. O, Ərdəbildə xəstəliyin qurbanlarının ümumi sayı haqqında məlumat verməkdən imtina edib.

 

 

Həmədan Tibb Universitetinin rəisi Rəşid Heydəri Müqəddəm dünən verdiyi açıqlamada Güney Azərbaycanın bu əyalətində koronavirusa yoluxanların sayının 1048, infeksiyadan ölənlərin sayının 110 nəfərə çatdığını bildirib. Onun sözlərinə görə, xəstəliyə yoluxanlardan 927 nəfər tam sağalaraq evlərinə göndərilib.

 

 

Ü.F

 

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Türkmən insan haqları təşkilatı Abbas Lisaniyə qarşı çıxarılan hökmü qınayıb + Video

2020-07-10

gun az article

GünazTV July.09.2020-Sözümüz: Ədəbi körpü

2020-07-10

gun az article

GünazTV July.09.2020- Düşünməyə Çağrı: Ortadoğuda Türkiyənin Terörlə Mücadələsi və Güney Azərbaycan

2020-07-10

gun az article

Güney azərbaycanlı fəal Əli Əziziyə qarşı yeni ittiham irəli sürülüb

2020-07-09

gun az article

GünazTV July.09.2020: "Azərbaycanın Mandela"sına verilən 15 illik həbs cəzası təsdiqləndi"

2020-07-09

gun az article

Qərbi Azərbaycanda koronavirus qurbanlarının sayı 530 nəfəri ötüb

2020-07-09

gun az article

“United for İran” insan hüquqları təşkilatı güney azərbaycanlıların Abbas Lisaniyə dəstək klipini yayıb+ VİDEO

2020-07-09

gun az article

Güney azərbaycanlı siyasi məhbus Abbas Lisaniyə dəstək üçün Telegram kanalı yaradılıb

2020-07-09

gun az article

Qaradağ meşələrində yanğın baş verib

2020-07-09

gun az article

M.Ə.Rəsulzadə niyə dövlətimizi “Azərbaycan” adlandırılıb?- Məqalə

2020-07-09

gun az article

Ərəb və bəluc fəallardan güney azərbaycanlı milli-mədəni fəal Abbas Lisaniyə dəstək

2020-07-09

gun az article

Təbrizdə qaldırılan qız heykəlinin geyimi dəyişdirildi, yerinə qaytarıldı

2020-07-09

gun az article

Ərk cəmiyyətinin sədri: Abbas Lisani qeyd-şərtsiz sərbəst buraxılmalıdır

2020-07-09

gun az article

Ermənistanın Arazı çirkləndirməsi ilə bağlı xəbərdarlıq: "Muğanda xərçəng sunamisi yaranıb"

2020-07-09

gun az article

GünazTV July.08.2020: İranın hərbi məntəqələrində patlayışlar, Abbas Lisaniyə dəstək.

2020-07-09

gun az article

Azərbaycan İnsan Hüquqları Cəmiyyəti Abbas Lisani ilə bağlı BMT-nin insan haqları nümayəndəsinə müraciət edib

2020-07-08

gun az article

GünazTV July.08.2020: Kürd silahlı qrupları İslam Respublikasının siyasətlərinə xidmət edir

2020-07-08

gun az article

Sulduzda milli fəal Abbas Lisaniyə dəstək məqsədilə posterlər paylanılıb

2020-07-08

gun az article

Ərdəbil əhalisinin 20%-i koronavirusa yoluxub

2020-07-08

gun az article

İnsan haqları təşkilatı Abbas Lisaninin azadlığı üçün imzatoplama kampaniyası keçirir

2020-07-08