SON XƏBƏRLƏR

Şərqi Azərbaycanda koronavirusa yoluxma kəskin artdı: Məktəblər bağlandı

2022.02.01, 07:03
Şərqi Azərbaycanda koronavirusa yoluxma kəskin artdı: Məktəblər bağlandı

Gunaz.tv

Əyalətin Koronavirusa Qarşı Mübarizə Qərargahı yoluxmanın yeni dalğasının başlanması ilə bağlı xəbərdarlıq edib.

Son həftələr əyalətdə koronavirusa və onu yeni ştammı Omikrona yoluxma halları artması ilə əlaqədar olaraq Şərqi Azərbaycanın Baş Təhsil İdarəsi bildiriş yayıb, bütün məktəblərin 3 gün müddətinə tətilə buraxıldığı bildirilib.

Tətil fevralın 1-dən 4-ə qədər davam edəcək. Vəziyyətə uyğun olaraq tətil uzaldıla bilər. Dərslər onlayn şəkildə keçiriləcək.

Bir neçə gün öncə Təbrizin Tibb Elmləri Universitetinin Yoluxucu Xəstəliklərlə Mübarizə Mərkəzinin başçısı Simin Xəyyatzadə Şərqi Azərbaycanda Omikron ştammına yoluxanların sayının sürətlə artması barədə xəbərdarlıq etmişdi. 

C.E
 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar