SON XƏBƏRLƏR

Şərqi Azərbaycanda Omikrona yoluxma kəskin artdı- Təhlükəli vəziyyət elan edildi

2022.02.03, 14:32
Şərqi Azərbaycanda Omikrona yoluxma kəskin artdı- Təhlükəli vəziyyət elan edildi

Gunaz.tv

Bu barədə Təbrizin Tibb Elmləri Universitetinin Yoluxucu Xəstəliklərlə Mübarizə Mərkəzinin başçısı Simin Xəyyatzadə məlumat verib.

O, son günlər əyalətin 7 şəhərinin orta təhlükəli narıncı qrupuna, fevralın 3-dən isə Tufarqan (Azərşəhr) şəhərində yüksək təhlükəli qırmızı qrupuna daxil edildiyini və əyalətin heç bir bölgəsində təhlükəsiz durumun göstəricisinin olmadığını qeyd edib.

Xəyyatzadə hal-hazırda Şərqi Azərbaycanda 487 nəfərin koronavirusun yeni ştammı Omikrona yoluxduğunun təsdiq edildiyini söyləyib. O, bunun yaxın günlərdə neçə qat artacağı barədə xəbərdarlıq edib.

Koronavirusun yayılmasından bu günə kimi Şərqi Azərbaycan əyalətində 236 min 768 nəfərin virusa yoluxması barədə məlumat verilib.

Lakin xəstəlik nəticəsində ölənlərin dəqiq sayı barədə davamlı açıqlama verilmir.

Bununla yanaşı Qərbi Azərbaycan və Ərdəbil əyalətlərinin Tibb Elmləri Universitetlərinin verdiyi məlumata görə, son bir neçə gündə virusa yoluxma halları iki dəfə çoxalıb.

İran Səhiyyə Nazirliyinin verdiyi məlumata görə isə koronavirusun daha kəskin yayılmasına görə “qırmızı” qrupuna aid edilən şəhərlərin sayı cari həftənin çərşənbə axşamından bəri cəmi bir gün ərzində 42-dən 77-yə yüksəlib.

nazirliyin məlumatında qeyd olunub ki, koronavirusun Omikron ştammına yoluxanların sayında kəskin artımla bağlı 6-cı dalğada virusa yoluxanların 20%-ni uşaqlar təşkil edir.

“Qırmızı” qrupuna aid şəhərlərin sayının artmasından sonra İran Səhiyyə Nazirliyinin sözçüsü Məhəmməd Haşemi son dalğada daha çox uşaqların Omikron ştammına yoluxduğunu açıqlayıb. 

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar