SON XƏBƏRLƏR

Şərqi Azərbaycanda minlərlə kilometr yol istifadəyə yararsızdir

2021.12.17, 14:05
Şərqi Azərbaycanda minlərlə kilometr yol istifadəyə yararsızdir

Gunaz.tv

Onun sözlərinə görə, əyalətdə mövcud olan 14 min kilometr yolun 4 min kilometri asfaltsızdır və onların yenidən qurulmasına ehtiyac var. 

Oruc Əlizadə xüsusilə kənd yollarının çoxunluğunun asfaltsız olduğunu deyib və cari ildə əyalət yollarının yalnız 155 kilometrinin asfaltlanmasına nail ola bildiklərini qeyd edib. 

“Şərqi Azərbaycanın yolları dünya standartlarında olduqca aşağıdır.

Xüsusilə son illər iqtisadi sıxıntılara görə yolların saxlanılması, təmiri və asfaltlanması üçün nəzərdə tutulan 2 min milyard tümənin yalnız 100-150 milyard tüməni ödənilir”-deyə, Əlizadə yolların təmirinə büdcə verilmədiyini bildirib. 

Yollar və Yükdaşıma Nəqliyyatının başçısı bununla yanaşı cari günəş ilinin ilk 8 ayında Azərbaycan və Ermənistanla nəqliyyat və vətəndaşların gediş-gəlişi ilə bağlı statistikanı açıqlayıb və statistikadan Ermənistan-İran arasında gediş gəlişin Azərbaycan Respublikası ilə müqayisədə daha çox olduğu qeyd olunub.  

Onun verdiyi məlumatda son 8 ayda Culfa gömrük keçid məntəqəsindən Azərbaycan Respublikası ilə İran arasında 45 min nəqliyyat vasitəsinin və 36 min insanın gediş-gəliş etdiyi, Nurduz gömrüyü vasitəsi ilə Ermənistan-İran arasında isə 76 min şəxsin və 67 min nıəqliyyat vasitəsinin gedi-gəliş etdiyi bildirilir. 

 

تبادل کالایی در پایانه های مرزی جلفا و نوردوز آذربایجان شرقی برقرار است -  خبرگزاری بازار

C.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar