SON XƏBƏRLƏR

Şərqi Azərbaycanda universitet məzunlarının əksəriyyəti işsizdir

2021.12.02, 11:57
Şərqi Azərbaycanda universitet məzunlarının əksəriyyəti işsizdir

Gunaz.tv

Məhəmməd Kəlami oktyabrın 1-də əyalətin məşğulluq və əmək bazarı işçi qrupunun toplantısında bölgədə olan işsizlikdən danışıb və bütün əlaqədar qurumların problemin həlli ilə bağlı səy göstərməli olduqlarını deyib.

O, Şərqi Azərbaycanda Universitet məzunlarının əksəriyyətinin işsiz olduğuna diqqət çəkib.

“Universitet məzunları üçün iş yerlərinin açılmasını, işsizlik probleminin həllini istəyiriksə elmə əsaslanan şirkətlər və texnologiyaları dəstəkləməliyik”-deyə, bildirib.


Kəlami əyalətdə işsizliyin əsas problemlərdən biri olduğunu və bunun həlli üçün işçi qüvvəsinin müxtəlif sahələr üzrə təlim görməsinin zəruri olduğunu söyləyib.


“İşçi qüvvəsinin peşə hazırlığı və bacarıqlarının artırılmasına məsul qurumlar tərəfindən ciddi diqqət yetirilməli, təhsil ocaqları və Universitetlərdə öyrəncilərin bacarıqlarının gəlişdirilməsi üçün tədbirlər həyata keçirilməlidir”-deyə, vali müavini qeyd edib.


Bundan öncə noyabr ayının əvvəllərində Şərqi Azərbaycan və Gənclər Baş İdarəsinin gənclər və mədəniyyət işləri üzrə müavini Əmir Tağızadə aparılan sorğulara əsaslanaraq əyalət gənclərinin əksəriyyətinin işsizlik və iqtisadi durumun ağır olmasından gileyləndiklərini demişdi.


“2200 azərbaycanlı gənc arasında keçirdiyimiz sorğunun nəticələrinə görə, gənclərin 69.5%-i əsas qayğılarının iqtisadi problemlər və maliyyə çatışmazlıqları olduğunu deyiblər”-deyə, Tağzadə bildirib.

C.E

13971120000410_Test_PhotoN.jpg

Məhəmməd Kəlami

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar