SON XƏBƏRLƏR

Şərqi Azərbaycanda on minlərlə tikinti işçisi siğortasız çalışır

2022.01.05, 13:55
Şərqi Azərbaycanda on minlərlə tikinti işçisi siğortasız çalışır

Gunaz.tv

Kərim Sadiqzadə Təbrizi mediaya verdiyi məlumatda əyalətdə 30 mindən çox inşaat işçisinin sığortalanmadığını deyib.

On minlərlə tikinti işçisinin heç bir sığorta xidmətindən istifadə edə bilmədiyini vurğulayan Sadiqzadə Təbrizi Şərqi Azərbaycanın İran parlamentindəki nümayəndələri və başqa əlaqədar idarələri qeyd olunan problemin həlli ilə bağlı məsələ qaldırmağa çağırıb.

“Aparılan araşdırmalar göstərir ki, iş qəzalarının 50%-i tikinti sahəsində çalışan işçilərin payına düşür və bunun 30%-i isə işçilərin hündürlükdən yıxılması ilə əlaqədardır.

İş yerlərində təhlükəsizlik qaydalarının təmin olunması sahəsindəki nöqsanlara diqqət yetirilməlidir”-deyə, “İşçi Evi”nin icraçı katibi bildirib.

“Şərqi Azərbaycanın parlamentdəki nümayəndələrindən bu sahədə, o cümlədən “tikinti işçilərinin sosial sığortası qaydaları”nın beşinci maddəsi qanununa dəyişiklik edilməsi ilə bağlı daha ciddi fəaliyyət nümayiş etdirmələri gözlənilir”-deyə, azərbaycanlı millət vəkillərinin məsələyə yetərincə əhəmiyyət vermədiklərinə işarə edib.

Qeyd edək ki, "İşçi Evi"nin icraçi katibinin əyalətdə 30 min tikinti işçisinin siğortasız olması ilə bağlı verdiyi statistika həqiqəti əks etdirmir.

Bu, sadəcə rəsmi şəkildə və müqavilə əsasında fəaliyyət göstərən işçilərin qeyd olunan sayının siğortasız olmasına ayid məlumatdır.

Sinfi fəalların bildirdiyinə görə, müqaviləsiz, qaçaq  və az əmək haqqı qarşılığında çalıçan tikinti işçilərinin sayı "İşçi Evi"nin verdiyi rəqəmdən bir neçə dəfə çoxdur.

C.E

 

دبير اجرايي خانه كارگر تبريز: طرح بيمه سلامت نبايد بهانه اي براي تهديد  منافع كارگران باشد - ایرنا

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar