Şərqi Azərbaycanda poladəritmə sənayesi iflas etmək üzrədir

29.12.2021, 14:02

Şərqi Azərbaycanda poladəritmə sənayesi müflis olmaq üzrədir. Bu barədə Şərqi Azərbaycan Polad Sənayesi Birliyinin idarə heyətinin başçısı Kərim Rəhimi açıqlama verib.

Gunaz.tv Quote | Gunaz article

Kərim Rəhimi bildirib ki,  cari ildə əyalətin sənaye müəssisələrində elektrik enerjisinin 30% azalması ciddi problemlər yaradıb.

O, bir sıra sənaye sahələrinin müflis olmaq təhlükəsi ilə qarşı-qarşıya qalması barədə xəbərdarlıq edib.

“Şərqi Azərbaycanın poladəritmə sənayesi elektrik enerjisinin kəsintisi təqdirdə işi dayandırmağa məcbur olur. Bu sahədə gündəlik elektrik enerjisindən istifadəni azaltmaq mümkün deyil.

Enerji çatışmazlığı sənaye, xüsusilə poladəritmə sənayesi sahəsində geniş ziyanlar vurub və bu vəziyyətin davamı böhranı dahada dərinləşdirəcək”-deyə, Rəhimi bildirib.

O, cari günəş ilinin birinci yarısında sənaye müəssisələrinin 3 ay tətil olduğunu. hazırkı vəziyyətlə ilin ikinci yarısında da bunun davam edəcəyini deyib.

Şərqi Azərbaycan Polad Sənayesi Birliyinin İdarə Heyətinin başçısı problemin müzakirəsinə həsr olunan toplantıda bildirib ki, məsullar vəziyyətdən çıxmaq üçün mazutdan istifadəni təklif ediblər.

“Hazırda əyalətdə mövcud olan ekoloji vəziyyət, ətraf mühit problemləri buna imkan vermir. Mazutdan istifadəyə başlayacaqları təqdirdə isə cərimə olunacaqlar”-deyə, Kərim Rəhimi, mazutdan istifadə etməyin vəziyyətdən düzgün çıxış yolu olmadığını qeyd edib.

Təbrizin Elektrik Enerjisi Tədarükü İdarəsinin nümayəndəsi Seyid İbrahim Əfkari problemin ciddi olduğunu təsdiq edib və bunun qarşıdakı dövr dahada dərinləşəcəyini söyləyib.

“Yayda təxminən 14 min meqavat elektrik enerjisi çatışmazlığı var idi. Bu şəkildə davam etsək, qarşıdakı illərdə 29 min meqavat elektrik enerjisi qıtlığı ilə üzləşəcəyik.

Buna görədə elektrik stansiyalarının tikintisi, təkmilləşdirilməsi və optimallaşdırılması barədə addımlar atılmalıdır”-deyə, Əfkari hökuməti tədbirlər planı hazırlamağa çağırıb.

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İranda yol qəzalarında hər gün 40 nəfər həyatını itirir

2023-03-25

gun az article

Zahidanda nümayişlər keçirilib

2023-03-25

gun az article

Suriyada öldürülən İrana bağlı qüvvələrin sayı artdı

2023-03-25

gun az article

Sarqsyan: “Ermənistan hakimiyyətinin gücü onun həyasızlığındadır”

2023-03-25

gun az article

“Forbes”: “Rusiya Azərbaycan Ordusunun müharibə təcrübəsindən yararlana bilərdi”

2023-03-25

gun az article

Ukrayna kəşfiyyatı: “Rusiya vətəndaşları Krımdan çıxır”

2023-03-24

gun az article

Sülhməramlıların yerləşdiyi ərazimizdəki qanunsuz erməni silahlıları mövqelərimizi atəşə tutub

2023-03-24

gun az article

Britaniya Azərbaycan Ordusunun hərbçiləri üçün təlim keçib

2023-03-24

gun az article

Əli Xameneyinin istefasını tələb edən qadının ağır həbs cəzası təsdiq edildi

2023-03-24

gun az article

BMT nümayəndəsi Tehran rejiminə qarşı təzyiqlərin artırılmasını istədi

2023-03-24

gun az article

Son iki ildə İrana bağlı silahlılar onlar dəfə Amerika qüvvələrinə hücum ediblər

2023-03-24

gun az article

Suriyada İrana bağlı silahlılar öldürülüb

2023-03-24

gun az article

Brüsseldə Tehran müxalifləri etiraz aksiyası keçirib

2023-03-24

gun az article

SEPAH-ın daha bir komandanı sərhədimizə gəldi

2023-03-24

gun az article

İranda 5,6 gücündə zəlzələ olub

2023-03-24

gun az article

“ABŞ Qərb banklarının rus oliqarxları ilə əlaqələrini araşdıracaq”- “Bloomberg”

2023-03-24

gun az article

Özbəkistan Prezidenti Azərbaycana səfər edəcək, Füzulidə inşa edilən məktəbin açılışına qatılacaq

2023-03-24

gun az article

Fransada etirazlarda 120-dən çox polis yaralanıb

2023-03-24

gun az article

Şimali Koreya “radioaktiv sunami” yarada bilən sualtı dronu sınaqdan keçirib

2023-03-24

gun az article

ABŞ Suriyada "Sepah"la əlaqəli obyektlərə zərbə endirib

2023-03-24