SON XƏBƏRLƏR

Şərqi Azərbaycanda tibbi avadanlıq çatışmır

2021.10.30, 12:38
Şərqi Azərbaycanda tibbi avadanlıq çatışmır

Gunaz.tv

Bu barədə danışan Əcəbşer şəhərinin cümə imamı höccətülislam Mahmud Şərəbiyani şəhərdə mövcud olan xəstəxanada bir sıra vacib avadanlıqların olmamasını tənqid edib.

Şərəbiyani oktyabrın 29-da etdiyi çıxışda Əcəbşerin 86 çarpayılıq xəstəxanasında ən vacib cihazlardan olan “CT scan” aparatı və başqa avadanlıqların olmamasını deyib.

“80 min əhalisi olan şəhərdə tikilən xəstəxanada bir ədəd belə ST scan aparatı quraşdırılmayıb”-deyə, cümə imamı bildirib.

Qeyd edək ki, Əcəbşerin 86 çarpayılıq “İmam” xəstəxanasının təməlqoyma mərasimi 10 il öncə keçirilib.

10 il müddətinə inşa edilən xəstəxananın bu il prezidentin iştirak etdiyi virtual mərasimdə açılışı olub.

Qısa müddət sonra bir çox avadanlıqların quraşdırılmadığı və yarımçıq tibb məntəqəsinin açılışının edildiyi bəlli olub.

C.E 
 

امام جمعه عجب شیر: تصمیم اخیر ترامپ نابودی اسرائیل را سرعت می بخشد | پایگاه  خبری جماران

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar