SON XƏBƏRLƏR

Şərqi Azərbaycanda yol infrastukturu layihələri yarımçıq qalıb: Hökumət vəd edilən vəsaiti ödəmir

2021.11.13, 11:01
Şərqi Azərbaycanda yol infrastukturu layihələri yarımçıq qalıb: Hökumət vəd edilən vəsaiti ödəmir

Gunaz.tv

Cəfər Sadiq Rüstəmi deyib ki, əyalət yollarının, özəlliklə Azərbaycan Respublikası ilə sərhəd yollarının yenilənməsi, təmiri və tunellərin tikintisi üçün vəd edilən vəsait ödənilməyib.

“Əyalətin Culfa və Xudafərin şəhərləri arasındakı 195 kilometrəlik sərhəd yollarının yaxşılaşdırılması layihəsinin tamamlanması üçün lazım olan180 milyard tümən vəsait ödənilmir”-deyə, Rüstəmi bildirib.

Onun sözlərinə görə, əyalətdə ümumi uzunluğu 420 metr olan 3 tunelin tikintisinə 2009-cu ildə başlanılıb.

Lakin büdcə çatışmazlığı ucbatından layihə yarımçıq qalıb.

O, ilkin büdcənin 5 milyard tümən olduğunu, ancaq layihənin davam etdirilməsi üçün bu günə kimi başqa qaynaqlardan 8 milyard tümənin xərcləndiyini qeyd edib. 

C.E
 

پیشرفت فیزیکی ۶۰ درصدی بزرگراه خواجه ـ ورزقان‌ | آرکاو | رسانه آگاهی معماری  ایران

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar