SON XƏBƏRLƏR

Şərqi Azərbaycanda özəl bank açmağa icazə verilmir

2022.04.14, 12:25
Şərqi Azərbaycanda özəl bank açmağa icazə verilmir

Gunaz.tv

O, bundan öncə dəfələrlə müraciət etmələrinə baxmayaraq “bu ölkənin milli mənafeinə uyğun deyil” cavabı aldıqlarını qeyd edib.

“İranda iqtisadiyyatın 85%-nın dövlətin nəzarətində olmasına baxmayaraq istehsal və sənaye sahəsində özəl sektorun önəmli yeri var. İqtisadiyyatın dövlətin ixtiyarında olmasının mənfi nəticələrini nəzərə alaraq özəl sektorun inkişafına dəstək verilməlidir”-deyə, Jailə bildirib.

Bundan öncə əyalətin problemlərinin həlli, yarımçıq layihələrin tamamlanması ilə bağlı Şərqi Azərbaycanda özəl sektorun inkişafı və genişləndirilməsi ilə bağlı çox sayda müraciətlərin olmasına baxmayaraq buna icazə verilməyib.

Qeyd edək ki, son vaxtlar Şərqi Azərbaycanın bir sıra məsulları və İran parlamentindəki nümayəndələrinin əyalət gəlirlərinin başqa əyalətlərə daşınması, yerli məsulların səlahiyyətlərinin az olması və özəl sektora dəstək verilməsi ilə bağlı ilə bağlı çıxışları çoxalıb.

Azərbaycanlıların narazılığının azaldılması üçün hökumət rəsmilərinin təkrar vədlər verməsinə baxmayaraq, İranın daxili işlər naziri Əhməd Vəhidi “Azərbaycanlı məsullar Tehrana bel bağlayıb büdcə istəməkdən əl çəkməlidirlər.

Yerli imkanlar və potensialdan istifadə edərək öz məsələlərinizi həll etməyə çalışın”-deyə, investisiya qoyuluşu ilə bağlı istəklərin yersiz olduğunu bildirib. 

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar