SON XƏBƏRLƏR

Şərqi Azərbaycanda kitabxana çatışmazlığı: Problem xeyriyyəçilərin hesabına həll edilir

2022.07.06, 11:08
Şərqi Azərbaycanda kitabxana çatışmazlığı: Problem xeyriyyəçilərin hesabına həll edilir

Gunaz.tv

Problemin aradan qaldırılması, kitabxanaların tikilməsi üçün dövlət büdcə vəsaiti ayırmır.

Bu problemin həlli üçün azərbaycanlı xeyriyyəçilər öz vəsaitləri hesabına bir neçə kitabxana tikdirmək məcburiyyətində qalıblar.

4 il bundan öncə Şərqi Azərbaycanda İranda ən böyük kitabxana Qaraçəməni ailəsi tərəfindən 3500 kvadratmetr ərazidə inşa etdirilib.

Hal-hazırda Şərqi Azərbaycan əyalətinin ikinci böyük şəhəri sayılan Marağada ümumi kitabxana yoxdur. Orada yerli xeyriyyəçinin vəsaiti hesabına yeni kitabxananın təməlatma mərasimi keçirilib.

5000 kvadratmetr sahədə tikilməsi nəzərdə tutulan kitabxana 5 milyard tümən vəsaitlə Əhməd Rzayi adlı azərbaycanlı xeyriyyəçi tərəfindən tikilir.

Marağa şəhərinin başçısı Davud Əsədiyan təməlatma mərasimində mediaya verdiyi açıqlamada kitabxana üçün torpaq sahəsinin ayrılmasının 10 il zaman apardığını deyib.

Qeyd edək ki, 268 min nəfər əhalisi olan Marağa şəhərinin 3 kitabxanası var və dövlət qurumları onların təmiri və yenidən qurulması üçün vəsait ayıra bilməyəcəklərini bildiriblər.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar