SON XƏBƏRLƏR

ABŞ: "Orta Doğuda İranın gərginlik yaratmaq səyləri artacaq"

2023.03.11, 13:06
ABŞ: "Orta Doğuda İranın gərginlik yaratmaq səyləri artacaq"

Gunaz.tv

Bu barədə adının çəkilməsinin istəməyən ABŞ müdafiə nazirliyinin yüksək rütbəli nümayəndəsi bildirib.

"ABŞ hökuməti Rusiya və İran arasında hərbi əlaqələrin Tehran rejiminin nüvə başlıqları daşıya bilən ballistik raketlərin istehsalına gətirib çıxaracağından narahatdır",- MN rəsmisi qeyd edib.

O, deyib ki, İran belə bir qabiliyyət əldə edərsə, bu ölkə raket gücü baxımından Şimali Koreya ilə bərabər olacaq və Orta Doğu ilə birgə dünyada gərginliyin artması istiqamətindəki fəaliyyətləri çoxalacaq.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar