SON XƏBƏRLƏR

Ərtoğrul Sağlamdan “Traxtur”çularla vida paylaşımı

2022.06.16, 06:32
Ərtoğrul Sağlamdan “Traxtur”çularla vida paylaşımı

Gunaz.tv

Bir gün ehtiyac olarsa yenidən türk klubuna dəstək verəcəyini yazıb.

“Görəvə gəldiyim ilk gündən yanımızda olan, dəstəklərilə bizə güc verən "Traxtur" tərəfdarlarına vida zamanımızın gəldiyini üzülərək bildirmək istəyirəm. Klub yönətimi ilə önümüzdəki sezon üçün apardığımız danışıqlar nəticə vermədi. 

Ümidlərin tükəndiyi, qarışıqlıq və xaosun olduqca güclü olduğu çətin dönəmdə aldığımız bayrağı bizə güvənənləri utandırmadan geri vermənin xoşbəxtliyini yaşadığımızı bir daha vurğulayıram.

Bütün "Traxtur" camiəsinə gələcək adına başarılar diləyir, irəlidə yaşanacağı ehtimal edilən çətin və sıxıntılı günlərdə dəstəyimi əsirgəməyəcəyimi təkrar bildirmək istəyirəm.

Hamınıza xoşbəxt, başarılı və hüzurlu günlər diləyirəm”-deyə, Ərtoğrul Sağlam özünün sosial media hesabında yazıb.

Qeyd edək ki, Təbrizin "Traxtur" futbol klubu türkiyəli baş məşqçi Ərtoğrul Sağlamla əməkdaşlığın rəsmən sona çatdığını, onun yerinə türkmənistanlı baş məşqçi Qurban Berdiyevin gətirilə biləcəyi bildirib. 

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar