SON XƏBƏRLƏR

Ruhani: “Amerika heç olmasa selə görə bizə qarşı sanksiyaları 1 il müddətinə dayandırmalı idi”

2021.10.20, 07:36
Ruhani: “Amerika heç olmasa selə görə bizə qarşı sanksiyaları 1 il müddətinə dayandırmalı idi”

Gunaz.tv

GünazTV: İran preidenti Həsən Ruhani aprelin 17-də hökumət iclasında çıxış edərək, ölkədə baş vermiş sel fəlakətindən və Amerikanın İrana qarşı sanksiyalarından danışıb.

 

Öz çıxışında Amerika rəhbərlərinə qarşı etik normalara zidd, təhqiramiz ifadələr işlədən və onları “ağılsız” adlandıran Ruhani, Amerika hökumətini xaricdə yaşayan iranlıların seldən zərər çəkmişlərə yardım göndərməsinin qarşısını almaqda günahlandırıb: “Əgər Amerika rəhbərlərinin ağlı olsaydı, onlar heç olmasa İranda baş vermiş sel fəlakətinə görə bizə qarşı tətbiq etdikləri sanksiyaları 1 il müddətinə dayandırmalı idilər. Əgər onlar belə etsəydilər, o zaman bəlli olardı ki, bizim Amerikanın xəbisliyi barədə dediklərimizdə irad var, millətimiz də fikirləşərdi ki, amerikalılar heç vaxt bizə qarşı olmayıblar.

 

Lakin bu sel fəlakəti digər dövlətləri tanımaq baxımdan yaxşı bir sınaq idi. Xüsusən də ki,  Amerika bu məsələdə biabır və rüsvay oldu. Amerikanın bu olaya reaksiyası və onun bu rəftarı bir daha sübut etdi ki, biz ölkəmizdəki problemləri aradan qaldırmaq üçün öz ayaqlarımızın üstündə durmalı, özümüzə güvənməli, bir-birimizin yanında duraraq, əl-ələ verib bu ağır  çətinliyi fürsətə çevirməliyik”-deyə Ruhani əlavə edib.

 

Xatırladaq ki, Ruhaninin İrandakı sellə bağlı Vaşinqtona qarşı irəli sürdüyü ittihamlarına baxmayaraq, Amerika hökuməti heç vaxt İrana ərzaq və dava-dərman göndərilməsinə qadağa qoymayıb. Bir sözlə, Amerikanın İrana qarşı tətbiq etdiyi sanksiyalar, İrana qida və ərzaq mallarının, eləcə də dava-dərman və tibbi avadanlıqların ixracına şamil edilmir.

 

 

Qeyd edək ki, son bir ay ərzində İranın müxtəlif bölgələrində, o cümlədən də Mazandaran, Türkmənsəhra (Gülüstan),  Şimali Xorasan, Cənubi Xorasan, Rəzəvi Xorasan, Hormozqan, Xuzistan, Loristan, Kohkiluye və Boyer Əhməd əyalətlərində, eləcə də Şiraz və digər şəhər və bölgələrdə baş verən daşqın və sel nəticəsində ən azı 77 nəfər həlak olub, 1076 nəfərdən çox insan yaralanaraq xəstəxanalara yerləşdirilib. Təbii fəlakət nəticəsində minlərlə şəhər və kənd evlərinə xeyli ziyan dəyib.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar