SON XƏBƏRLƏR

Ruhani: “Amerika tövbə etsə, onun tövbəsini qəbul etməyə hazırıq”

2021.10.20, 07:36
Ruhani: “Amerika tövbə etsə, onun tövbəsini qəbul etməyə hazırıq”

Gunaz.tv

GünAzTV: İran prezidenti Həsən Ruhani fevralın 6-da islam respublikasının 40-cı ildönümü münasibətilə xarici ölkələrin Tehrandakı səfirləri və diplomatik korpus nümayəndələri ilə görüşərək, nüvə sazişindən və Amerika ilə münasibətlərdən danışıb.

 

Öz çıxışında Amerikanı Qərblə İran arasında imzalanmış nüvə sazişindən çıxmasına görə “əhdini pozmaqda” günahlandıran Ruhani bildirib ki, əgər Vaşinqton İrana qarşı yürütdüyü siyasətindən əl çəkib tövbə etsə, rəsmi Tehran onu bağışlamağa hazırdır: “Biz, bütün bu illər ərzində sübut etdik ki, imzalanmış nüvə sazişinin icrası ilə bağlı üzərimizə götürdüyümüz öhdəliklərə və razılaşmaya, atdığımız imzamıza sadiqik. Biz, beynəlxalq prinsip və qanunlar çərçivəsində bütün dünya ölkələri ilə, o cümlədən də öz qonşularımızla dostluq münasibətlərin tərəfdarıyıq.

 

Biz, hətta əgər Amerika getdiyi öz  səhv yolundan geri dönüb tövbə etsə, keçmişdə ölkəmizin daxili işlərinə müdaxilələrinə görə bizdən üzrxahlıq etsə və millətimizlə hörmətlə danışıb rəftar etsə, onun tövbəsini qəbul etməyə hazırıq”.

 

 

Xatırladaq ki, fevralın 5-də ABŞ Konqresində illik çıxışını edən Donald Tramp İranın beynəlxalq terrorizmə dəstəyindən və nüvə silahı əldə etmək cəhdindən danışıb.

 

Öz çıxışında İran hakimiyyətini “radikal”, “korrupsioner diktatura” və “beynəlxalq terrorizmin ən böyük himayədarı” adlandıran Tramp bildirib ki, onun hökuməti İran rejiminin kütləvi qırğın silahı əldə etməsinə imkan verməyəcək: “Mənim hökumətimin İran rejiminə qarşı mövqeyi tam kəskindir. Biz, terrorizmin əsas himayədarı olan İran rejiminin nüvə silahına yiyələnməsinə imkan verməyəcəyik. Bizim İranla imzalanmış faciəli nüvə sazişindən çıxmağımızın səbəbi də məhz bununla bağlıdır. Biz, “Amerikaya ölüm” şüarı səsləndirən və yəhudiləri soyqırımla hədələyən İranın ekstremist və radikal hakimiyyətindən əl çəkməyəcək, onun bu əməllərinə göz yummayacağıq”.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar