SON XƏBƏRLƏR

Ruhani Amerikanı mütərəqqi santrifüj istehsal etməklə təhdid edib

2021.10.20, 07:36
Ruhani Amerikanı mütərəqqi santrifüj istehsal etməklə təhdid edib

Gunaz.tv

GünAz TV: İran prezidenti Həsən Ruhani rəsmi Vaşinqtonun “Sepah”ı terror qruplaşmaları siyahısına daxil etməsindən 1 gün sonra bu gün etdiyi çıxışda bildirib ki, “Amerika təzyiqləri davam etdirsə, İran mütərəqqi santrifüj olan İR-8 istehsalına başlayacaq”.

 

İranda “milli nüvə texnologiyası” adlandırılan gün çıxış edən Ruhani hazırda ölkəsinin İR-6 santrifüj istehsal etdiyini deyib və rəsmi Vaşinqtonu İR-8 istehsalına yönələcəkləri ilə təhdid edib.

 

O, “Sepah”ın terror qruplaşmaları siyahısına daxil edilməsini də kəskin tənqid edərək, “heç kimin bu qərarı qəbul etməyəcəyini” iddia edib.

 

Qeyd etmək lazımdır ki, aprelin 8-də Amerika Birləşmiş Ştatları “Sepah”ın rəsmən terror təşkilatları siyahısına daxil edilməsini elan edib.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar