SON XƏBƏRLƏR

Ruhani Amerikanın regiondakı problemləri həll edə bilməyə qadir olmadığını iddia edib

2021.10.20, 07:36
Ruhani Amerikanın regiondakı problemləri həll edə bilməyə qadir olmadığını iddia edib

Gunaz.tv

GünAz Tv: Türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın rəsmi dəvəti ilə Ankaraya yola düşən İran prezidenti Həsən Ruhani Mehrabad hava limanında jurnalistlərin suallarını cavablandırıb. O, səfər çərçivəsində iki tərəf arasında aparılacaq müzakirələrdən və imzalanacaq sənədlərdən danışıb.

 

Amerika Birləşmiş Ştatlarının ordusunun Suriyadan çıxmasına da münasibət bildirən Ruhani iddia edib ki, “Amerika region xalqlarının gələcəyini müəyyən etməyə qadir deyil.”

 

Cenevrədə İran, Türkiyə və Rusiya Xarici İşlər nazirlərinin Suriya münaqişəsi üzrə keçirdikləri görüşü münaqişənin həll edilməsində mühüm addım adlandıran İran prezidenti ölkəsinin mövqeyinin “münaqişənin bitməsi ilə suriyalı köçkünlərin öz ölkələrinə qayıtması və Suriya xalqının öz müqəddəratını özlərinin həll etməsi” olduğunu deyib.

 

Xatırladaq ki, İran regionda gedən münaqişələrdə hərbi əməliyyatlar aparan ölkələrdən biridir. Rəsmi Tehran Suriyada gedən vətəndaş müharibəsi zamanı Bəşər Əsəd hakimiyyətinin legitimliyini qoruyub saxlamaq üçün bu ölkəyə öz qoşunlarını və şiə yaraqlılarını göndərib. BMT tərəfindən hazırlanmış rəsmi statistikaya əsasən, İran hakimiyyəti Əsədi hakimiyyətdə saxlamaq üçün hər il minimum 6-7 milyard dollar vəsait xərcləyib. Suriyada vətəndaş müharibəsinin ilkin illərində İranın bir çox rəsmiləri bu ölkəni İranın ostanlarından biri adlandırmışdı. Beynəlxalq ictimaiyyət və Amerika Birləşmiş Ştatları isə öz növbəsində bu illər ərzində Suriya xalqının öz vətəndaşlarını qətliam edən ölkə diktatoruna qarşı haqlı mübarizəsinə dəstək göstərib.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar