SON XƏBƏRLƏR

Ruhani: “Biz Amerika ilə danışıqlara həmişə hazırıq”

2021.10.20, 07:36
Ruhani: “Biz Amerika ilə danışıqlara həmişə hazırıq”

Gunaz.tv

GünazTV: İyulun 14-də Şimali Xorasan əyalətinin Bocnurd şəhərinə səfər edən İran prezidenti Həsən Ruhani əyalətin idarə və proqramlaşdırma şurasının iclasında çıxış edərək, Amerika ilə mümkün danışıqlardan və hökumətinin bunun üçün şərtlərindən danışıb.

 

Öz çıxışında Amerikanı İrana qarşı zorakılıqda günahlandıran Ruhani, ölkəyə qarşı tətbiq edilən ağır sanksiyalara toxunaraq deyib ki, rəsmi Tehran bir neçə şərtlə Amerika ilə danışıqlar aparmağa tam hazırdır: “Biz Amerika ilə həmişə, lap bu saat və bu anda müzakirələr aparmağa hazırıq. Bir şərtlə ki, Amerika bizə qarşı tətbiq etdiyi sanksiyaları ləğv etsin, ölkəmizə qarşı iqtisadi təzyiqi dayandırsın və yenidən nüvə sazişinə (“Bərcam”a) qayıtsın.

 

Mən üzümü amerikalılara tutub deyirəm. Siz zülmünüzdən, təcavüzünüzdən və sanksiyalarınızdan əl çəkin, danışıqlar masasının arxasına, məntiqə və ədalətə qayıdın. Məhz bu şərtlər yerinə yetirildikdən sonra biz sizinlə danışıqlara hazırıq. Biz məntiq və rasionallıq əhliyik” –deyə İran prezidenti Həsən Ruhani əlavə edib.

 

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp ötən ilin mayında Amerikanın İranla Qərb arasında imzalanmış nüvə sazişindən çıxdığını rəsmən elan edib. Məhz həmin vaxtdan başlayaraq, Vaşinqtonun İrana qarşı sanksiyaları daha geniş vüsət alaraq şiddətləndirilib.

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar