Ruhani: “Düşmən bizimlə ehtiramla davransa, müzakirə edərik”

02.06.2019, 21:29

GünazTV: İran prezidenti Həsən Ruhani iyunun 1-də Tehranda bir qrup idmançı ilə görüşərək, Amerikanın İrana qarşı təzyiqindən və Tehranla Vaşinqton arasında mümkün müzakirələrdən danışıb.

 

Öz çıxışında Amerikaya eyham vuraraq, onu “düşmən” adlandıran Ruhani deyib ki, İran ona qarşı zor gücündən istifadə edən fövqəldövlətlər qarşısında təslim olmayacaq: “Əgər düşmən bizimlə tam ehtiramla davranaraq, beynəlxalq qanunlar çərçivəsində danışıqlar masası arxasında otursa, biz onunla müzakirə edəcəyik. Çünki biz məntiq və müzakirə əhliyik. Yox, əgər danışıqların aparılması üçün bizə əmr etsə, biz ona tabe olmayacağıq.

 

Bir neçə ay əvvələ kimi, dünyanın ən böyük hərbi gücünə malik olduğunu iddia edən, iradə edərsə, İran silahlı qüvvələrini məhv etməyə qadir olduğunu deyən düşmən, indi deyir ki, o müharibə tərəfdarı deyil və bizim sistemə qarşı çıxmayacaq. Bir daha bildirirəm ki, biz özünün hərbi gücünə güvənən fövqəldövlətlərə təslim olmayacaq, yalnız bizimlə sayğı və hörmətlə rəftar edəcəkləri təqdirdə onlarla danışıqlar masası arxasında oturacağıq” –deyə Həsən Ruhani vurğulayıb.

 

Xatırladaq ki, mayın 27-də Tokioya səfər edən ABŞ prezidenti Donald Tramp, Yaponiyanın baş naziri Şinzo Abe ilə görüşündən sonra jurnalistlərə açıqlamasında hökumətinin İranla bağlı siyasətindən danışıb.

 

 

O deyib ki, Vaşinqton İran rejimini devirmək fikrində deyil: “Mən çoxlu iranlılar tanıyıram. Onlar yüksək səviyyəli insanlardır. İranın böyük iqtisadi potensialı var. İran hətta  indiki rəhbərliyi ilə belə, dünyada böyük bir ölkəyə çevrilə bilər. Onun buna şansı var. Açığını deyim ki, biz, İran rejimini dəyişmək niyyətində deyilik. Biz, sadəcə olaraq, İranın nüvə silahlarına yiyələnməsinin qarşısını almaq istəyirik.

 

Həqiqətən də mənə elə gəlir ki, iranlılar hansısa bir razılaşmanın əldə olunmasını istəyirlər. Bu isə onların güclü zəkasının göstəricisidir. Hesab edirəm ki, bunun gerçəkləşməsinin ehtimalı böyükdür. Şəxsən mən inanıram ki, Tehranla Vaşinqton yeni bir sazişə nail ola bilərlər” –deyə Tramp vurğulayıb.

 

 

 İyunun 2-də isə İsveçrəyə səfər edən Amerikanın dövlət katibi Mayk Pompeo isveçrəli həmkarı ilə görüşdən sonra birgə keçirdiyi mətbuat konfransında İranla mümkün danışıqlara toxunub: “Biz, İranla ilkin şərtsiz danışıqlar aparmağa hazırıq. Bir sözlə, biz İran rəhbərləri ilə danışıqlar masası arxasında oturub müzakirə aparmağa tam hazırıq. Lakin buna baxmayaraq, Amerika Birləşmiş Ştatları İranın regionda apardığı şər xarakterli fəaliyyətinin qarşısını almaq üçün öz səyini bundan sonra da davam etdirəcək” –deyə Mayk Pompeo əlavə edib.

 

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Xoyda baş verən zəlzələdə xəsarət alanların sayı açıqlandı

2023-03-24

gun az article

Ərdəbildən Azərbaycan Respublikasına dəstək

2023-03-24

gun az article

Güney Azərbaycanda 5.6 bal gücündə zəlzələ baş verib

2023-03-24

gun az article

Zənganlı fəal Hüseyn Bayat qeyri-müəyyən şəraitdə həbsdə saxlanılır

2023-03-24

gun az article

BMT ofisində "Ərk"-Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin konfransı keçirilib

2023-03-24

gun az article

“Sözümüz”də müzakirə: “İranın Azərbaycana qarşı təhdidləri nə qədər ciddi sayılır?”  - VİDEO

2023-03-24

gun az article

Urmuda 5 nəfər casusluq ittihamı ilə edama məhkum edilib

2023-03-23

gun az article

Güneyli hüquqşünaslar tərəfindən Azərbaycan İnsan Hüquqları Təşkilatı yaradılıb

2023-03-23

gun az article

Ərdəbildə uşaqlara Azərbaycan dilində kitablar paylanıb-VİDEO

2023-03-23

gun az article

İran Sərhəd Qoşunlarının komandanı Azərbaycan sərhədinə gəlib

2023-03-23

gun az article

Milli fəal Pərviz Siyabi məzuniyyətə buraxılıb

2023-03-23

gun az article

Güneyli məhbusun vəziyyəti ilə bağlı BMT nümayəndəsinə məlumat verildi

2023-03-22

gun az article

Qaşqay gəncin dəfn mərasimi hökumətə qarşı etiraz aksiyasına çevrilib-VİDEO

2023-03-22

gun az article

Bu sistemə son zərbəni Təbriz vuracaq – Xəbərdarlıq

2023-03-22

gun az article

“Özümüz” proqramında müzakirə: “Bayram dəblərimizi qoruyaq” və "25 mart yürüşü”- VİDEO

2023-03-22

gun az article

İranda hökumət məmurları Qaşqay türkünü qətlə yetirib

2023-03-21

gun az article

Bir sıra güneyli fəallar yaz bayramını həbsxabada keçiridilər

2023-03-21

gun az article

"Parlaq gələcək": “İranın ərazi bütövlüyü nə deməkdir” və “Pəhləvi sülaləsi: mumiyalanmış cəsəd”

2023-03-21

gun az article

BMT nümayəndəsi Güney Azərbaycan təşkilatının konfransına qatılacaq

2023-03-21

gun az article

İsrailli nazir: "Güney Azərbaycanın qurulması reallıqdır" 

2023-03-20