SON XƏBƏRLƏR

Ruhani: "Əhali xəbərdarlıqlara əməl etməsə, məhdudiyyətlər yenidən qəbul ediləcək"

2021.10.20, 07:36
Ruhani: "Əhali xəbərdarlıqlara əməl etməsə, məhdudiyyətlər yenidən qəbul ediləcək"

Gunaz.tv

GünAz TV: İran prezidenti Həsən Ruhani bildirib ki, əgər vətəndaşlar xəbərdarlıqlara əməl etməsələr, dövlət məhdudiyyətləri yenidən bərpa etməyə məcbur qalacaq.

 

O, bu gün koronavirusla mübarizə üzrə qərargahların iclasında əhalini lazım olmadığı təqdirdə, çölə çıxmamağa çağırıb.

 

Bununla belə, Ruhani dini məkanları ziyarət etməyə icazə verilməsi ilə bağlı Səhiyyə Nazirliyinin Koronavirusla Mübarizə üzrə Milli Qərargaha sabah yeni qaydalar təqdim edəcəyini deyib.

 

Görünür, azı may ayının 4-nə qədər bağlı qalacağı düşünülən dini ibadət məkanları İran Səhiyyə Nazirliyinin sabah təqdim edəcəyə qaydalar əsasında erkən açılacaq.

 

Ə.A

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar