SON XƏBƏRLƏR

Ruhani Makronla telefon danışığında: “Sanksiyalar tətbiq edildiyi bir şəraitdə Amerika ilə müzakirə aparmağın mənası yoxdur”

2021.10.20, 07:36
Ruhani Makronla telefon danışığında: “Sanksiyalar tətbiq edildiyi bir şəraitdə Amerika ilə müzakirə aparmağın mənası yoxdur”

Gunaz.tv

GünazTV: İran prezidenti Həsən Ruhani sentyabrın 11-də Fransa prezidenti Emmanuel Makronla telefon əlaqəsi saxlayaraq, yeni nüvə danışıqlarından, ölkəyə qarşı tətbiq edilən sanksiyalardan və Amerika ilə müzakirədən danışıb.

 

Ruhani deyib ki, İranla nüvə sazişini imzalamış avropalı tərəflər arasında hər hansı bir iclasın keçirilməsinin yeganə şərti Amerikanın İrana qarşı tətbiq etdiyi sanksiyaların ləğv olunmasıdır: “İran xalqının, hökumətin və parlamentin nöqteyi-nəzərindən ölkəmizə qarşı sanksiyalar tətbiq edildiyi bir şəraitdə Amerika ilə müzakirə aparmağın anlamı və mənası yoxdur.

 

Biz yalnız Avropa ilə razılaşmalar yekunlaşdığı təqdirdə nüvə sazişi ilə bağlı üzərimizə götürdüyümüz öhdəlikləri yerinə yetirməyə hazırıq. Hesab edirik ki, İranla 5+1 qrupu arasında yalnız o zaman keçirilə bilər ki, qoyulan sanksiyalar götürülsün” -deyə İran prezidenti Həsən Ruhani əlavə edib.

 

Qeyd edək ki, son aylar Fransa prezidenti Emmanuel Makron İranla Amerika arasında yaşanan gərginliyin aradan qaldırılması üçün diplomatik səylərini gücləndirərək bir neçə dəfə iranlı həmkarı Həsən Ruhani ilə telefon danışığı aparıb.


  A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar